Alternative content

05:59 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.08.2019 Muğamın Xanı
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Problemli kreditləri olan vətəndaşlara kompensasiyaların ödənilməsi başlandı
Problemli kreditləri olan vətəndaşlara kompensasiyaların ödənilməsi başlandı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:28 23.04.2019


Dünəndən Prezident İlham Əliyevin 2019-cu il fevralın 28-də təsdiq etdiyi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman çərçivəsində vətəndaşlara kompensasiyaların ödənilməsinə start verilmişdir.

Onu da qeyd edək ki, hələ bir neçə gün əvvəl sözügedən fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması üçün Apelyasiya Komissiyası yaradılmışdır. Komissiyaya daxil olan müraciətlərə "Vətəndaşların müraciəti haqqında” qanuna uyğun olaraq 15, əlavə öyrənilmə və yoxlanılma tələb edildikdə 30 iş günü müddətində baxılır.

Ödənişlərə gəldikdə, Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumata görə, onlar təsdiq edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə "Azərpoçt” MMC vasitəsilə veriləcək. 500 manatdan yuxarı kompensasiyanın verilməsi ödəniş kartlarına köçürülməklə, 500 manat və ondan aşağı olan kompensasiyalar pul köçürülməsi yolu ilə həyata keçiriləcək. Kompensasiya ödənişləri zamanı fiziki şəxslərdən heç bir komissiya haqqı tutulmayacaq.

Məlumatda daha sonra bildirilir ki, kompensasiya ödənişlərinin operativ təmin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaq və onlar ayrılmış vaxtda müvafiq banka yaxınlaşaraq kompensasiyalarını ala biləcəklər.

Bundan başqa, kompensasiya ödənişi ilə əlaqədar kredit təşkilatlarında vətəndaşlara operativ xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunmuş və müvafiq mütəxəssislər ayrılmışdır. Bu müddətdə banklar xüsusi iş rejimində işləyəcəklər.

Onu da qeyd edək ki, yayılan məlumatlara görə, fiziki şəxslərin problemli kreditləri ilə bağlı kompensasiyanın ödənişi üçün ilk maliyyələşmə tranşı həyata keçirilmişdir. Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Prezidentin məlum fərmanının icrası çərçivəsində nazirlik tərəfindən aprelin 19-da Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdimatı əsasında bankların, ləğvetmə prosesində olan, eləcə də bank olmayan kredit təşkilatlarının Mərkəzi Bankdakı hesablarına 350,8 milyon manat tranş ayrılmışdır.

Bundan əlavə, "Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 500 manatdan aşağı kompensasiyası olan müştərilər artıq MMC-nin 1497 poçt şöbəsinə müraciət edib pullarını ala bilərlər. 500 manatdan yuxarı olan kompensasiyalar isə mayın 1-dən "Azərpoçt” tərəfindən emissiya olunmuş kartlar vasitəsilə ödənilməyə başlayacaq.

Məlumat üçün bildirək ki, "Azərpoçt” MMC-dən 121 min nəfərə yaxın vətəndaşın kompensasiya alması nəzərdə tutulub. Onlardan 76 min 836 nəfəri 500 manatdan aşağı kompensasiya alan şəxslərdir. Eyni zamanda qurumun rəsmi saytında həmin şəxslərin problemli kreditlərinə dair bölmə açılmışdır. Vətəndaşlar şəxsiyyət vəsiqələrinin seriyasını və fin kodunu daxil etməklə alacaqları kompensasiyanın məbləğini və onun veriləcəyi poçt şöbəsinin ünvanını öyrənə bilərlər. "Azərpoçt”dan kart vasitəsilə kompensasiya alacaq müştərilər qurumun 77 şöbəsinin xidmətindən istifadə edəcəklər.

R.MƏMMƏDOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM