Alternative content

16:28 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bazara faraş məhsullar daxil olur, qiymətlər ucuzlaşır
Bazara faraş məhsullar daxil olur, qiymətlər ucuzlaşır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 23.04.2019


Bazar iqtisadiyyatının öz qaydaları var. Və bu qaydalardan biri də qiymətləri tələb və təklifin müəyyən etməsidir. İkinci tərəfdən, istehsalçı satışda sərbəstdir və bazarı özü seçir. Bu, bazar iqtisadiyyatının tələblərinə əməl edən bütün ölkələrdə belədir.

Son günlər soğanın, kartofun və digər kənd təsərrüfatı məhsullarının qiymətində xeyli artım müşahidə olunurdu. Bu, ilk növbədə, köhnə məhsulların azalması, təzələrinin isə yetişməməsi ilə bağlı olan və hər yerdə hər il rast gəlinən təbii hal idi.

Digər tərəfdən, qeyd etdiyimiz kimi, istehsalçılar yetişdirdikləri məhsulları xarici bazara satmaqla daha çox gəlir əldə etmək hüququna malikdirlər. Bu baxımdan götürək istehlak bazarlarındakı son mənzərəni. Türkiyədə cari mövsüm bir çox kənd təsərrüfatı məhsullarının istehlak bazarında qıtlığı, bu üzdən qiymətlərin bahalaşması Azərbaycan istehsalçı və tədarükçülərini qardaş ölkəyə məhsul ixrac etməyə sövq etdi. Mövsümün sonu ilə bağlı olan məhsulun həcminə idxal səbəbindən yaranan qıtlıq da gəldi və beləliklə, ölkədə bir müddət əvvəl 3-4 kilosu 1 manata satılan soğanın qiyməti 3-4 dəfə bahalaşdı.

Belə hallarda bütün ölkələr daxili bazarı tənzimləmək üçün idxala üstünlük verir. Hətta bu zaman idxal məhsulları gömrük rüsumundan azad edilir ki, qiymətlər aşağı olsun, alıcıların tələbatı ödənilsin. Azərbaycanda bu cür addımlar atıldı, bahalığın ömrü uzun olmadı.

İndi bazarlara bol faraş məhsullar çıxarılır ki, bu da ölkədə fermerlərə dövlət tərəfindən yaradılan imkandan qaynaqlanır. Hazırda bazarlarda quru soğanın, kartofun, digər kənd təsərrüfatı məhsullarının qiyməti gündən-günə ucuzlaşır və proses getdikcə sürətlənir. Bu isə o deməkdir ki, bahalıq artıq arxada qalmışdır.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM