Alternative content

16:26 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynanın yeni Prezidenti
Ukraynanın yeni Prezidenti
ANA SƏHİFƏ / DÜNYA
00:25 23.04.2019


Zelenski təbrikləri qəbul edir


Srağagün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilmişdir. Mərkəzi seçki komissiyası seçkilərin baş tutduğunu bildirmişdir. 199 seçki dairəsindən 198-nin protokolları işləndikdən sonra seçkilərdə səsvermə hüququ olan əhalinin 62,06 faizinin iştirak etdiyi məlum olmuşdur.

Bütün "exit-poll”arın nəticələrinə əsasən, prezident seçkilərinin ikinci turunda "Xalqın xidmətçisi” partiyasının namizədi Vladimir Zelenski təxminən 73 faiz səs toplayaraq qələbə qazanmışdır. Onun rəqibinə - hazırkı dövlət başçısı Pyotr Poroşenkoya seçicilərin 25,5 faizi səs vermişdir. Zelenskiyə ən çox dəstəyi Ukraynanın şərqi təmin etmişdir (87,3 faiz). Poroşenkoya isə ölkənin qərbi daha fəal səs vermişdir (41,3 faiz).

Poroşenko artıq məğlubiyyətini etiraf etmiş və Zelenskini qələbə münasibətilə təbrik etmiş, zərurət yaranacağı təqdirdə ona öz köməyini və məsləhətlərini təklif etmişdir. Cavabında Zelenski bunu istisna etməmiş, hətta Poroşenkonu nazir vəzifəsinə dəvət etməyə hazır olduğunu bildirmişdir.

Artıq dövlət başçıları seçkilərdə qalib gəlmiş Zelenskini təbrik edirlər. Avropa İttifaqı Şurasının sədri Donald Tusk səsvermə gününü "Ukrayna üçün həlledici gün” adlandırmışdır. O, hətta Ukrayna üçün siyasi düstur tərtib etmişdir: "Azad seçkilər və hakimiyyətin dinc yolla əvəzlənməsi = güclü Ukrayna demokratiyası”.

NATO-nun Baş katibi Yens Stoltenberq qeyd etmişdir ki, Kiyev "NATO-nun vacib tərəfdaşıdır” və alyans "əməkdaşlığın davamını səbirsizliklə gözləyir”.

ABŞ Prezidenti Donald Tramp Zelenskiyə zəng edərək onu qələbə, Ukrayna xalqını isə dinc və demokratik seçkilər münasibətilə təbrik etmişdir.

Seçkilərin ilkin nəticələrinə Rusiya Xarici İşlər Nazirliyi də reaksiya vermişdir. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dediyinə görə, Moskva inanır ki, yeni Prezidentin dövründə Ukrayna Rusiya ilə qarşılıqlı münasibətlərə yenidən baxacaq.

Bu arada Ukraynanın yeni Prezidentinin seçki qərargahında onun dövlət başçısı vəzifəsində prioritetlərindən söhbət gedir. Qərargahda dövlət təsisatlarının formalaşdırılmasına və ideologiyaya cavabdeh olan Ruslan Stefançuk bildirmişdir ki, Zelenski əsas diqqəti Moskva ilə münasibətlərə yönəltməyi planlaşdırır.

Bir müddət əvvəl Zelenski "bir nömrəli vəzifə” kimi Rusiyada həbs olunmuş dənizçilərin ölkəyə qaytarılmasını müəyyənləşdirmişdi. O həmçinin Donbasda münaqişənin dayandırılmasına istiqamətlənmiş "yeni informasiya müharibəsi”nə başlamağı vəd etmişdi.

Cari ayın əvvəllərində Zelenski Donbas münaqişəsinə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirirdi. Onun dediyinə görə, nəticəyə nail olmaq üçün Minsk formatı dəyişdirilməli və Moskva danışıqlara cəlb olunmalıdır. Eyni zamanda o vurğulayırdı ki, ərazi güzəştinə getməyəcək və Ukraynanın bütövlüyünü müdafiə edəcək.

Zelenskinin Donbasda müharibəni dayandırmaq üçün öz planı da var. Plan bir neçə mərhələdən ibarətdir. İlk mərhələ atəşkəsin elan olunması, habelə Ukrayna hökumətinin region sakinlərinə sosial ödənişləri bərpa etməsidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM