Alternative content

09:58 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq yazıçısının xatirəsinə ehtiram
Xalq yazıçısının xatirəsinə ehtiram
ANA SƏHİFƏ / Mədəniyyət
00:24 23.04.2019


Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin 28 yanvar 2019-cu il tarixli sərəncamı ədibin vətənində, Qazaxda böyük razılıqla qarşılanmışdır. İndi hər bir qazaxlı dövlət başçısının bu sərəncamını görkəmli şəxsiyyətlərə verdiyi dəyər kimi qiymətləndirirlər.

Hazırda sərəncama uyğun olaraq xalq yazıçısının vətənində yüksək səviyyəli hazırlıq işləri gedir. Yubileylə bağlı rayon icra hakimiyyətində tədbirlər planı təsdiq edilmiş, sərəncama uyğun olaraq rayonun sayılıb-seçilən ziyalılarından ibarət işçi qrupu yaradılmışdır. Bundan başqa bir neçə dəfə rayon ziyalılarının, ağsaqqalların, xalq yazıçısının yaxınlarının iştirakı ilə geniş tərkibdə toplantı keçirilmişdir.

Bu günlərdə keçirilən toplantıda qərara alınmışdır ki, ömrü boyu Azərbaycan təbiətinin vurğunu olan və əsərlərində onu sevə-sevə vəsf edən yazıçının 100 illik yubileyi ilə əlaqədar rayonda meyvə bağı salınsın.

İkinci Şıxlı kəndində "Ağalıq düzü” adlanan və xalq yazıçısının babalarının yurd yeri olan ərazidə alma və ərik ağacları əkilmişdir. Həmin gün kənddə böyük izdiham yaşanmışdır. Rayonun idarə və təşkilat nümayəndələrinin, ali və orta ixtisas məktəblərinin, ümumtəhsil müəssisələrinin, ağsaqqalların və ziyalıların iştirak etdikləri tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək görkəmli yazıçının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı sərəncamın əhəmiyyətindən danışmış, Azərbaycanın görkəmli yazıçılarına və ziyalılarına verdiyi dəyərə görə qazaxlılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, dövlət başçısı keçən il Azərbaycan təhsilində müstəsna xidmətləri olan Qazax Müəllimlər Seminariyasının, bu ilin yanvar ayında isə xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində keçirilməsi üçün sərəncam imzalaması elmə, təhsilə, ədəbiyyata verilən dəyərlə yanaşı, həm də qazaxlı ziyalılara olan böyük hörmətin və ehtiramın yüksək göstəricisidir.

R.Babaşov diqqətə çatdırmışdır ki, İsmayıl Şıxlı yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar yaratmaqla Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Yazıçının klassik irsin ənənələrini davam etdirməsi və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mukəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdəndir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş, ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini söyləmiş, yazıçının 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncamı yüksək dəyərləndirmişdir.

Yazıçının doğulub boya-başa çatdığı Birinci Şıxlı kənd orta məktəbi şagirdlərinin göstərdikləri ədəbi-bədii kompozisiyadan sonra meyvə bağında ağac tinglərinin əkilməsinə başlanmışdır. Bağın salınması başa çatdıqdan sonra iştirakçılar xatirə şəkli çəkdirmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM