Alternative content

23:01 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şimali Makedoniyanın Prezidenti ikinci turda seçiləcək
Şimali Makedoniyanın Prezidenti ikinci turda seçiləcək
ANA SƏHİFƏ / DÜNYA
17:04 22.04.2019


Adı dəyişdirildikdən sonra Şimali Makedoniyada ilk dəfə prezident seçkiləri keçirilir. Birinci turda minimal üstünlüklə hakim partiyanın namizədi Stevo Pendarovski qalib gəlir. Onunla birlikdə müxalifətin namizədi Qordana Silyanovska ikinci tura keçir. Bu barədə "Euronews” telekanalı xəbər verir.

"İkinci turda asan olacaq, çünki mənimlə Qordana Silyanovska arasında fərq böyükdür. Hesab edirəm ki, seçicilər bizim "Birgə irəli” şüarımız altında proqramımızı dəstəkləyəcəklər. Axı biz anlayırıq ki, ölkə keçmişə qayıda bilməz. Bu, blokadaya və böhrana gətirib çıxarar” deyə Pendarovski birinci turun nəticələri elan olunduqdan sonra bildirmişdir.

Silyanovska isə hesab edir ki, "ikinci turda iqtisadiyyat, məşğulluq, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi prioritet məsələlər olacaq. Lakin ölkədə hüququn aliliyi olmadan iqtisadiyyat inkişaf edə bilməz”.

Analitiklər qeyd edirlər ki, birinci turda seçicilər namizədlərin proqramlarının ayrı-ayrı bəndlərinə deyil, daha çox onların ölkənin yeni adı ilə bağlı mübahisədəki mövqeyinə diqqət yetirmişlər. Pendarovski NATO və Aİ-yə daxil olmaq üçün Prespa sazişinə uyğun olaraq ölkənin adının dəyişdirilməsi təşəbbüsünü dəstəkləmişdir. Silyanovska isə Makedoniyadan danışarkən bilərəkdən "Şimali” sözünü işlətməmiş, Skopye ilə Afina arasındakı sazişi isə alçaldıcı hesab etmişdir.

Prezident seçkilərinin ikinci turu mayın 5-də keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM