Alternative content

01:39 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstanda etirazlar zamanı 55 nəfər zərər çəkdi
Gürcüstanda etirazlar zamanı 55 nəfər zərər çəkdi
ANA SƏHİFƏ / DÜNYA
17:03 22.04.2019


Gürcüstanda Alazan çayı üzərində su elektrik stansiyasının inşasına qarşı etiraz aksiyasının iştirakçıları ilə polis arasında toqquşma zamanı yaralananların sayı 55 nəfərə çatmışdır. Bu barədə Daxili İşlər Nazirliyi məlumat vermişdir.

Yaralılardan 38-i polis əməkdaşı, 17-si mülki şəxslərdir. 20 nəfərdən çox polis əməkdaşı Telavi şəhər xəstəxanasına çatdırılmışdır.

Xatırladaq ki, Pankisi dərəsinin yüzlərlə sakini "Xadori-3” su elektrik stansiyasının inşasının başlanmasına mane olmaq üçün Axmeti rayonunun Birkiani kəndində etiraz nümayişinə toplaşmışdılar. Xüsusi təyinatlılarla aksiya iştirakçıları arasında toqquşma baş vermişdir.

Daxili işlər naziri Georgi Qaxariya Pankisi dərəsində etirazçılarla görüşdükdən sonra xüsusi təyinatlılar rayondan çıxarılmışdır.

Birkiani sakinləri hesab edirlər ki, stansiyanın tikintisi regionun ekologiyasına ziyan vuracaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM