Alternative content

12:00 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Danimarkalı milyarderin faciəsi: Şri-Lankada onun üç övladı həlak olub
Danimarkalı milyarderin faciəsi: Şri-Lankada onun üç övladı həlak olub
ANA SƏHİFƏ / DÜNYA
16:18 22.04.2019

Danimarkanın "Bestseller” ticarət şəbəkəsinin sahibi və məşhur "Asos” brendinin səhmdarı Holch Povlsenin üç övladı Şri-Lankada törədilən terror aktları zamanı həlak olub.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bir qədər əvvəl Danimarkanın Xarici İşlər Nazirliyi Şri-Lankada partlayışlar nəticəsində üç vətəndaşının öldüyü barədə məlumat yaymışdı. Sonradan onların "Bestseller” ticarət şəbəkəsinin sahibi Holch Povlsen övladları olduğu aydınlaşıb.

"Təəssüf ki, bu informasiyanı təsdiq edə bilərik. Biz Povlsenin şəxsi həyatına hörmət etməyə çağırır və şərh vermirik”, - B.T. qəzeti "Bestseller” şəbəkəsinin mətbuat xidmətinin bu bəyanatını yayıb.

Məşhur "Asos” brendinin səhmdarının ailəsi Şri-Lankaya pasxa bayramı tətilinə getmişdi. Onun üç qızı və bir oğlu vardı.

Holch Povlsen dünyanın 70 ölkəsində 2,7 mindən çox ticarət nöqtəsinə və 3 milyard dollardan çox dövriyyə kapitalına malik "Bestseller” geyim mağazaları şəbəkəsinə rəhbərlik edir. O, həmçinin "Asos” internet mağazasının səhmdarı və Danimarkanın ən varlı insanlarından biridir. Povlsenin varidatı 6,7 milyard dollar həcmində qiymətləndirilir.

Xatırladaq ki, ötən bazar günü pasxa bayramı zamanı Şri-Lankada törədilən partlayışlar seriyası nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları, ümumilikdə 35 nəfər əcnəbi var.

Şri-Lankanın hakimiyyət orqanları terror hücumlarında "Tövhid camaatı” qruplaşmasını ittiham edib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM