Alternative content

12:01 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
ANA SƏHİFƏ / SİYASƏT
15:50 22.04.2019

Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin Hanoyda keçirilmiş 44-cü iclası çərçivəsində Azərbaycan Dövlət informasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri, OANA-nın prezidenti Aslan Aslanov və Koreyanın Yonhap Agentliyinin rəhbəri Ço Sunq-bo arasında görüş olub.

Qeyd edək ki, bu il noyabr ayında Seulda OANA-nın Baş Assambleyası keçiriləcək. Həmin tədbirdə bu təşkilata sədrlik AZƏRTAC-dan Yonhap Agentliyinə keçəcək.

AZƏRTAC-ın müxbiri Vüqar Seyidov Hanoydan xəbər verir ki, görüşdə tərəflər çoxillik əməkdaşlığın nəticələrinə nəzər salıb, qarşılıqlı münasibətlərin müsbət dinamikasını vurğulayıblar. Həmçinin münasibətlərin indiki vəziyyətindən məmnunluq ifadə olunub, mövcud əlaqələrin həm ikitərəfli çərçivədə, həm də OANA formatında genişləndirilməsinin zəruriliyi qeyd edilib.

Cənubi Koreya və Azərbaycan, AZƏRTAC və Yonhap arasında münasibətlərin dostluq xarakteri daşıdığını vurğulayan Aslan Aslanov Seula səfərini, koreyalı həmkarlarının işi ilə tanışlığını, qarşılıqlı xəbər mübadiləsinə yol açan əməkdaşlıq sazişinin imzalanmasını xatırladıb.

AZƏRTAC-ın İdarə Heyətinin sədri daha sonra bildirib ki, Azərbaycanda onlarca Koreya şirkəti işləyir. Həmsöhbətini Bakıya dəvət edən A.Aslanov vurğulayıb ki, Yonhapın rəhbəri ölkəmizə səfəri zamanı Koreya məhsullarını Azərbaycanın hər yerində görə biləcək: Bakının yollarındakı avtomobillər, müəssisələrin ofislərindəki məişət texnikası, sakinlərin istifadə etdikləri kommunikasiya vasitələri və sair.

Yonhapın rəhbəri Ço Sunq-bo dəvətə görə OANA prezidentinə təşəkkür edib və iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu bildirib. O, iki dost agentliyin əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində səyləri artırmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, bu məqsədlə hər iki ölkənin nümayəndələrindən ibarət qrupların həm təcrübə mübadiləsi aparmaq, həm də öz həmkarlarının nailiyyətləri ilə tanışlığı üçün qarşılıqlı səfərlərinin təşkil edilməsi faydalı olardı.

Xatırladaq ki, 2016-cı il noyabrın 16-18-də Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilati dəstəyi ilə Dünya Xəbər Agentliklərinin V Konqresi, OANA-nın XVI Baş Assambleyası keçirilib. Konqresin və Assambleyanın Heydər Əliyev Mərkəzində keçirilmiş birgə açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib və geniş nitq söyləyib. Beləliklə, 2016-2019-cu illərdə həm Dünya Xəbər Agentlikləri Konqresinə, həm də OANA-ya sədrlik AZƏRTAC-a keçib.

AZƏRTAC-ın sədrliyi dövründə OANA İcraiyyə Komitəsinin Beyrut, Tehran və Hanoyda keçirilən iclaslarında təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, müasir medianın aktual problemləri, xüsusən feyk xəbərlərlə mübarizə sahəsində qarşıda duran vəzifələrlə bağlı işgüzar müzakirələr aparılıb. Bütün bunlar təşkilatın müasirləşməsi, onun saytının funksionallığının artması işinə töhfə verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM