Alternative content

01:38 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nazirlik: Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb
Nazirlik: Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:47 22.04.2019

2019-cu ilin əvvəlindən vergi qanunvericiliyində edilmiş dəyişikliklər kiçik sahibkarlıq subyektlərinin vergi yükünü aşağı salmaqla yanaşı, onların hesabatlılığında da müəyyən sadələşdirmələrin aparılması ilə müşayiət olunub.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salınıb, bu vergini tətbiq etmək hüququ məhdudlaşdırılıb və gəlir (mənfəət) vergisi rejiminə keçmiş vergiödəyicilərinə isə güzəştlər tətbiq edilib. Sadələşdirilmiş verginin əhatə dairəsinin dəqiqləşdirilməsi bu verginin mahiyyəti üzrə tətbiq edilməsini, kiçik sahibkarlar arasında uçotun aparılması mədəniyyətinin formalaşdırılmasını şərtləndirib. Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş şəxslər uçot sistemini qurduqları halda daha aşağı vergi yükünə nail ola biliblər.

Bəzən əvvəlki vergi rejimi ilə hazırkı vergi rejiminin müqayisəsi verilərkən yanlış şərhlərə yol verilir. Bu cür şərhlərin bəzilərinə aydınlıq gətirilib. Bunlardan biri - sadələşdirilmiş verginin hazırkı dərəcəsi (2 faiz) ilə gəlir vergisi üzrə dərəcələrin (20 faiz və ya 5 faiz) müqayisə edilməsidir və vergi yükünün artdığı iddia edilir. Bu, vergi rejiminin tətbiqi xüsusiyyətlərindən xəbərdar olmamağın nəticəsidir.

Bu il yanvarın 1-dək sadələşdirilmiş vergi mükəlləfiyyətində olan vergiödəyicisi heç bir xərc nəzərə alınmadan ümumi hasilatından (dövriyyəsindən) Bakı şəhərində 4 faiz vergi ödəyirdi. Dəyişiklikdən sonra gəlir vergisi mükəlləfiyyətini seçən sahibkar öz xərclərini rəsmiləşdirmək və onları gəlirindən çıxmaqla vergi yükünü aşağı salmaq imkanı əldə edib. Belə ki, sahibkarların böyük əksəriyyətini təşkil edən mikro sahibkarlıq subyektlərinə gəlir vergisindən 75 faiz güzəşt hüququ verilib. Eyni zamanda, qeyri-neft sektorunun özəl bölməsində sektor əməkhaqqı üzrə 8000 manatadək gəlirlər vergidən tam azad edildiyinə görə, kiçik sahibkar vergi yükünü əhəmiyyətli şəkildə aşağı salmış olub.

Vergi yükünün necə dəyişməsinə kiçik bir misalda baxmaq olar: Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120 min manatdır və o, hər işçiyə aylıq 500 manat əməkhaqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergiödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergiödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10 faizdir.

Dəyişiklikdən əvvəlki vergi hesablaması aşağıdakı qaydada idi:

- Sadələşdirilmiş vergi: 120000 (illik gəlir) x 4 faiz (sadələşdirilmiş vergi dərəcəsi)= 4.800,0 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x (500 – 173 (yaşayış minimumu) x14 faiz x 12 ay=2.197,4 manat

- Cəmi: 4800,0+2197,4=6997,4 manat

Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

- Gəlir vergisi: (120000 (illik gəlir)–108000 (illik xərc) x 20 faiz x 25 faiz(mikro sahibkarlara təqdim edilən 75 faizlik güzəşt)=600 manat

- Əməkhaqqından tutulan gəlir vergisi: 4 işçi x 500 x 0 faiz x 12 ay=0 manat

- Cəmi: 600+0=600 manat

Beləliklə, dəyişiklikdən əvvəl vergi yükü 6.997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə sahibkarın illik vergi yükünün 6.397,4 manat azalması deməkdir.

Diqqət çəkən məsələlərdən biri də vergi və sosial sığorta hesabatlarının təqdim edilməsi ilə bağlıdır. Bəzi hallarda hesabatların təqdim edilməsinin mürəkkəbləşdiyi bildirilir. Məlum olduğu kimi, 2019-cu ildən başlayaraq sosial vergi yığımlarının Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsi vergi hesabatlarının təqdim edilməsi prosesində də yeniliklərlə müşayiət olunub. Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əməkhaqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və "İşsizlik sığortası üzrə rüblük hesabat"ın yeni formaları, onların tərtib olunması qaydaları təsdiq edilib.

2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub. Kağız hesabatlarla yanaşı, sosial sığorta üzrə hesabatların elektron şəkildə təqdim edilməsi imkanı yaradılıb. Bu zaman fiziki şəxslər üçün "Asan İmza”ya malik olmaq məcburi deyil. Vergiödəyicisi bəyannamələri elektron şəkildə göndərdiyi kimi, sosial hesabatları da eyni qaydada təqdim edə bilər. Sosial hesabatların hazırlanması sadə elektron qutulardan istifadə qədər asan və rahatdır. İşçisi olmayan sahibkar cəmi 4-5 klikdən istifadə etməklə hesabatı tamamlayaraq təqdim edə bilir. Digər sahibkarlar üçün də bu proses əvvəlkinə nisbətən xeyli asanlaşdırılıb. Vergi və sosial ödəmələr isə elektronlaşdırılıb ki, bu proses də sahibkarın cəmi bir neçə dəqiqəsini ala bilər. Bununla yanaşı, hesabatların optimallaşdırılması və daha da sadələşdirilməsi istiqamətində davamlı tədbirlər görülür.

Aparılan təhlillər göstərir ki, vergi orqanlarına təqdim olunan bəyannamələrin və hesabatların böyük əksəriyyəti elektron şəkildə göndərilir. ƏDV ödəyiciləri, o cümlədən orta sahibkarlıq subyektləri üzrə bu göstəricilər 95 faiz üzərindədir. Vergi hesabatlarının təqdim olunması üçün vergiödəyicilərinə xidmət mərkəzlərinə, əsasən, mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan ödəyicilər müraciət edirlər. Bir çox hallarda ödəyicilər bəyannamə və hesabatları son günə qədər saxlayır və bu, bəyannamələrin təqdimetmə müddətinin sonunda xidmət mərkəzlərində sıxlığa gətirib çıxarır. Vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim edilməsi mürəkkəb proses deyil, Vergilər Nazirliyinin hazırladığı video-təlimatlara baxan hər kəs bunu asanlıqla mənimsəyə bilər. Buna görə də sahibkarlar bu mərkəzlərə getmədən də elektron qaydada hesabatlarını verə bilərlər.

Vergi qanunvericiliyi kiçik sahibkarlar üçün kifayət qədər aydın və rahat şərtlər müəyyən edib. 2019-cu ildən gəlirlərin və xərclərin uçotunu aparan kiçik sahibkarların dividendləri vergilərdən azad edilib, onlara sürətli amortizasiya normaları tətbiq etmək imkanı yaradılıb. Mikro sahibkarlıq subyektləri əmlak vergisindən tam həcmdə azad olunub. Müəyyənləşdirilmiş güzəştlər sistemi kiçik sahibkara daha əlverişli mühitdə çalışmaq, öz gəlirlərini artırmaq və reinvestisiya etmək imkanları yaradıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM