Alternative content

12:01 23 May 2019
ONLINE XƏBƏR LENTİ
01:08 23.05.2019 Qafqazın dan ulduzu
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lənkəranlı bağban böyük ağacların bonsayını yetişdirir
Lənkəranlı bağban böyük ağacların bonsayını yetişdirir
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:21 22.04.2019

Təbiəti ağacsız təsəvvür etmək mümkün deyil. Bu ağaclar yarpaqlarının növlərinə görə iynəyarpaqlı və enliyarpaqlı olurlar. Amma elə ağaclar da var ki, nəinki onu evin küncünə, hətta masanın üzərinə qoyuruq. El arasında buna cırtdan ağac adlanan "bonsay” (dibçəkdə ağac) deyirlər. Cırtdan ağac yetişdirmək sənəti sayılan bonsayla ölkəmizdə çox az bağban məşğul olur.

AZƏRTAC xəbər verir ki, vətəni Yaponiya və Çin olan bonsay inkişafını tamamlamış, lakin yarpaq və çiçəklənməsi baxımından böyük bir ağacın bütün xüsusiyyətlərini daşıyan miniatür bitki modelidir.

Azərbaycanda bonsay yetişdirən az sayda mütəxəssislərdən biri də Lənkəranda dekorativ gülçülük təsərrüfatı yaradan Faiq Axundovdur. İyirmi beş ildir bağında dekorativ güllər əkən Faiq Axundov 20 ildən çoxdur ki, bonsay ağaclar yetişdirir. Bağında saxsı qablarda yetişdirdiyi bu bitkilər təbiətdəki ağacların kiçik modelləridir: "Mənim yaratdığım bonsaylar müəyyən ağaclardan olur. Yemişan, dəmir ağacı, şümşad, Hirkan şümşadı, azot ağacı və nar ağaclarının bonsayını yetişdirmişəm”.

İxtisasca bioloq olan Faiq Axundov növünə görə ağacların kiçik modellərini 4-10 il müddətinə əldə etməyin mümkün olduğunu deyir: "Təbiətdə hündürlüyü 20-30 metrə çatan ağacların saxsı qablarda boyu 20-40 santimetrdən çox olmur. Bonsaylar işıqlı və sərin yerdə saxlanılmalı, dibçəklərə su çilənərək nəmləndirilməlidir. Belə olduqda onlar nəsildən-nəslə ötürülə bilər”.

Böyük zəhmət hesabına ərsəyə gələn ağaca qulluq etmək, xüsusən də onu vaxtlı-vaxtında budamaq lazımdır. Əvvəllər təsərrüfatına daha çox əcnəbi turistlərin və rəsmi qonaqların üz tutduğunu deyən bağban son illər yerli alıcıların da çoxaldığını bildirir. Onun gülçülük təsərrüfatına bonsay almaq üçün gələn alıcı Saleh Əzimov deyir ki, bu ağaclar haqqında məlumatı daha çox internetdən əldə edib: "Özüm lənkəranlıyam, Bakıda yaşayıram. Ağaclara, ümumiyyətlə, gülçülüyə böyük həvəsim var, çiçəkləri xoşlayıram. Əsasən də bonsay ağacları ilə maraqlanıram. Öyrəndim ki, Faiq müəllim bu işin ustasıdır, peşəkarıdır. Onun üçün Lənkərana gəlmişəm və fikrim var ki, birini ev üçün, birini də hədiyyə kimi alım”.

Faiq Axundov daha çox Lənkəran və Astara meşələrinin vizit kartı sayılan dəmirağacının bonsayını yetişdirir. Onun təsərrüfatında diqqətimizi çəkən bonsaylardan biri də şümşad ağacı oldu. Şümşad ağacı Afrika, Amerika, Avropa və Asiya qitələrində, ölkəmizdə isə Lənkəran, Astara və Lerik rayonları ərazisində daha çox yayılıb. Təbiətdə hündürlüyü 2-15 metrədək olan şümşadın bonsayının uzunluğu 35-40 santimetrdir.

Xarici ölkələrdə bu tipli ağacların qiymətləri çox baha olsa da, Faiq bağbanın yetişdirdiyi bonsayların qiyməti növündən asılı olaraq 70-250 manat arasında dəyişir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM