Alternative content

16:28 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtda əhali ilə fəal görüşlər aylığına start verilir
Paytaxtda əhali ilə fəal görüşlər aylığına start verilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:57 22.04.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilir.

İcra hakimiyyətindənAZƏRTAC-a bildiriblər ki, aylıq çərçivəsində paytaxt rayonlarında sakinlərlə "Açıq qapı” günləri keçiriləcək. Sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan "Açıq qapı” tədbirləri təsdiq olunmuş qrafikə uyğun olaraq hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və qəsəbə mədəniyyət evlərində keçiriləcək. Görüşlərdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı, rayondakı təsərrüfat xidmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərləri də iştirak edəcək, sakinləri ən çox narahat edən sual və problemlər dinləniləcək, araşdırılacaq, aradan qaldırılması üçün tədbirlər görüləcək və sakinlərin sualları cavablandırılacaq.

Görüşlərdə həm də bütünlükdə Bakı şəhəri və müvafiq rayonun ərazisində görülən və görülməsi nəzərdə tutulan işlər barədə vətəndaşlara məlumat veriləcək.

2019-cu il aprel-may aylarında Bakı şəhər sakinlərinin problemlərinin həlli ilə bağlı yerlərdə keçiriləcək "Açiq qapı” tədbirləri barədə MƏLUMAT:

Rayonun adı

Görüşün tarixi və vaxtı

Keçirilmə yeri

Qeyd

1

Nərimanov rayonu

24.04.2019

16:00-20:00

Nərimanov Rayon MKTB-nin binası, Əbdüləziz Dəmirçizadə küç. 22

2

Xəzər rayonu

26.04.2019

16:00-20:00

Xəzər Rayonu, Şımal Dres yaşayış sahəsi, Lev Starçuk küçəsi, Mədəniyyət evi

3

Xətai rayonu

29.04.2019

16:00-20:00

Xərai Rayon MKTB-nin binası, Ramiz Quliyev küç. 23

4

Sabunçu rayonu

01.05.2019

16:00-20:00

Sabunçu Rayon MKTB-nin binası. Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev 72

5

Binəqədi rayonu

03.05.2019

16:00-20:00

Binəqədi Rayon MKTB-nin binası, Əli Məmmədov küç. 10

6

Yasamal rayonu

05.05.2019

11:00-15:00

Yasamal Rayonu, 225 nömrəli məktəb, Ələsgər Ələkbərov küç. 8

7

Nizami rayonu

07.05.2019

16:00-20:00

Nizami Rayon MKTB-nin binası, R.Rüstəmov küç. 28

8

Nəsimi rayonu

11.05.2019

15:00-19:00

Nəsimi Rayon MKTB-nin binası, Səməd Vurğun küç. 112

9

Suraxanı rayonu

13.05.2019

16:00-20:00

Suraxanı Rayon MKTB-nin binası, Əhməd Mehbalıyev küç. 3

10

Qaradağ rayonu

15.05.2019

16:00-20:00

Qaradağ Rayon Mədəniyyət sarayı, Seymur Orucov küç. 23

11

Səbail rayonu

17.05.2019

16:00-20:00

Səbail Rayonu, 239 nömrəli məktəb. Badamdar qəsəbəsi, Məktəbli küşəsi 16

12

Pirallahı rayonu

19.05.2019

11:00-15:00

Pirallahı Rayon MKTB-nin binası, Kamil Rzayev küç. 25



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM