Alternative content

16:24 27 May 2019
ONLINE XƏBƏR LENTİ
16:17 27.05.2019 Roma Papası Fransiskdən
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:48 22.04.2019

"ASAN Könüllüləri”n təşkilatçılığı ilə həyata keçirilən "ASAN Akademiya 2019” layihəsinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə aprelin 20-dən iyunun 20-dək olan müddəti əhatə edəcək.

"ASAN Akademiya 2019” layihəsinin əlaqələndiricisi Türkan Şahvəlli layihənin beş ildir ki, fəaliyyət göstərdiyini, bu illər ərzində xeyli gəncin müxtəlif dövlət və özəl qurumlarda özünə karyera qurduğunu söyləyib. Onun verdiyi məlumata görə, iştirakçılar 16-25 yaş arasındadır və bu il 2 mindən artıq gəncin içərisindən müsahibə yolu ilə ən uğurlu hesab edilən 50 nəfər seçilib. Burada başlıca məqsəd müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirməkdir. Həmçinin onların karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirmək də prioritet məsələlərdən biridir. Builki layihə iştirakçıları arasında ali məktəblərə ötənilki qəbul imtahanı zamanı 700 bal yığan tələbə də var.

Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunacaq.

İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur.

Təlimlərdən sonra iştirakçılar imtahan zamanı əldə etdikləri bilik və bacarıqları nümayiş etdirəcək və onlara müxtəlif diplomlar veriləcək. Həmçinin onların öyrəndikləri bilikləri dövlət və özəl qurumlarda təcrübədən keçirmək imkanı yaradılacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM