22 Aprel 2019 11:47
811
Mədəniyyət
A- A+

Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib


Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda azərbaycanlı fotoqraf Etibar Cəfərovun əsərlərindən ibarət sərgi keçirilib. Baş konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə xarici ölkələrin Los-Ancelesdəki baş konsulları, elm, mədəniyyət və din xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu tədbirin 18 aprel - Dünya İrsi Gününə həsr olunduğunu qeyd edib. UNESCO tərəfindən Azərbaycanın bir sıra tarixi abidələrinin Dünya Mədəniyyət Mirasları siyahısına salındığını bildirən diplomat bu gün sərgidə onların da nümayiş etdirildiyini vurğulayıb. Sonra baş konsul fotoqraf E.Cəfərovu qonaqlara təqdim edib.

E.Cəfərov öz yaradıcılığı haqqında danışaraq iştirak etdiyi, o cümlədən qalib gəldiyi beynəlxalq müsabiqələr haqqında məlumat verib. O, həmçinin müəllifi olduğu bir neçə fotonun maraqlı tarixçəsini danışıb.

Daha sonra E.Cəfərovun çəkdiyi fotolar əsasında hazırlanmış, İçərişəhəri, Azərbaycanın müxtəlif bölgələrini, orada yaşayan milli və dini azlıqları, tarixi abidələrı, ölkəmizin füsunkar təbiətini, Bakının qədim və çağdaş memarlığını özündə əks etdirən iki videoçarx nümayiş etdirilib.

Çıxışlardan sonra Azərbaycan musiqisindən nümunələr səsləndirilib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi qonaqların böyük marağına səbəb olub.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video