Alternative content

08:08 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb
Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb
ANA SƏHİFƏ / DÜNYA
23:51 21.04.2019

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan açıqlamasına görə, seçicilərin 45 faizdən yuxarı səsvermədə iştirak edib.

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, gün ərzində seçki qanunvericiliyinin pozulması ilə bağlı 1000-dən artıq şikayət daxil olub. MSK qanun pozuntularının səsvermənin nəticələrinə təsir etmədiyini açıqlayıb.

Səsvermə başa çatandan sonra "exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri mayın 1-dək açıqlamalıdır.

Seçki kampaniyası dövründə aparılan rəy sorğularında Vladimir Zelenski daha şanslı sayılır. Mixail Draqomanova adına Sosioloji Araşdırmalar Mərkəzinin aprelin 18-də açıqladığı sorğunun nəticələrinə görə, seçicilərin 54 faizi Vladimir Zelenskiyə, 44,1 faizi isə Petro Poroşenkoya səs verəcəklərini açıqlayıb.

Xatırladaq ki, seçicilər prezident seçkilərinin birinci turunda Zelenskiyə 30,24 faiz, Poroşenkoya isə 15,95 faiz səs veriblər. Birinci turda seçicilərin 63,52 faizi səsvermədə iştirak edib. Bu da 18,82 milyon seçici deməkdir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM