Alternative content

21:28 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq-iqtidar birliyi Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir
Xalq-iqtidar birliyi Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir
ANA SƏHİFƏ / SİYASƏT
01:15 21.04.2019


Prezident İlham Əliyevin fəaliyyətində xüsusilə təqdir olunan cəhətlərdən biri əlamətdar günləri sadə vətəndaşlarla birgə keçirməsidir. Məsələn, ötən il dekabrın 24-də, öz doğum günündə İlham Əliyev məcburi köçkünlərlə birlikdə idi. Həmin gün Abşeronda ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcik istifadəyə verildi. Novruz bayramında, ilaxır çərşənbədə də dövlət başçısı el şənliklərini paytaxt sakinləri ilə birgə qeyd etdi.


Vətəndaşlar inkişafa, təhlükəsizliyə və gələcək uğurlara səs verdilər


Aprelin 18-də də Prezident sadə vətəndaşların arasında idi. Düz bir il öncə bu tarixdə İlham Əliyev Milli Məclisdə vətənə, dövlətə və xalqa sədaqət andı içmiş, yeni müddətə prezidentlik səlahiyyətlərinin icrasına başlamışdı. Belə bir əlamətdar gündə o, Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanışlıq zamanı yaranmış fürsətdən istifadə edərək birinci xanım Mehriban Əliyeva ilə birlikdə vətəndaşlarla görüşüb söhbətləşdi. Və bu söhbət əslində bir reallığın, kiçik formatda olmasına rəğmən, Azərbaycandakı xalq-iqtidar birliyinin sarsılmazlığının təcəssümü idi. Eyni zamanda sadə vətəndaşlar bu görüşün timsalında bir daha ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə əhatə olunduqlarını gördülər.

Ümumiyyətlə, respublikada qazanılan hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi daha sıx edib. Təsadüfi deyil ki, ötən hər prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan vətəndaşlar mövcud reallığı düzgün dəyərləndirərək hər dəfə seçkilərdə İlham Əliyevə dəstək nümayiş etdiriblər. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirib. Ötən il aprelin 11-də keçirilən prezident seçkiləri də mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycan xalqının mövcud siyasi kursa heç bir alternativi qəbul etmədiyini göstərdi.

Geridə qalan bir il isə Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində inkişafın daha da sürətlənməsi və bütövlükdə ölkənin yeni dövrə qədəm qoyması dövrü kimi yadda qaldı. Aprelin 18-də Milli Məclisdə and içən İlham Əliyev bu seçkidə xalqın görülən işlərə yüksək qiymət verdiyini, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdiyini bəyan etdi.


Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq


Bir il əvvəl Prezident onu da bildirdi ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli, gələcəyə baxmalıyıq və növbəti illərdə görüləcək işlər haqqında çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var: "Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var.

Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.

Ötən bir il ərzində xalqımız İlham Əliyevin müəllifliyi ilə tarixi hadisələrə şahidlik etdi. Mühüm qlobal infrastruktur layihələri işə salındı. İqtisadiyyatda əvvəlki illərdən başlanmış islahatlar son bir ildə daha böyük nəticələr verməyə başladı. Eyni zamanda 2019-cu ildən islahatların ayrı-ayrı sahələr üzrə yeni dalğası başladı. Bu dövrün ən mühüm məqamlarından biri sosial sferada qəbul edilən qərarlar oldu.

Qaraçuxurdakı Neftçilər parkında Prezidentlə söhbət edən sakinlər də diqqəti bu məsələyə yönəldərək təşəkkürlərini bildirdilər. Amma məlum oldu ki, bu istiqamətdə işlər davam etdiriləcək, minimum əməkhaqqı və pensiya bundan sonra da qaldırılacaq. Prezident İlham Əliyev bildirdi ki, bu artım böyük olsa da, bizi qane edə bilməz, maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq.

Dövlət başçısının sözləri bir daha təsdiq edir ki, əlavə büdcə gəlirləri ilk növbədə, vətəndaşların sosial müdafiəsinə, o cümlədən maaşların, pensiyaların qaldırılmasına istiqamətləndirilir. Bu ilin əvvəlindən isə vergi, gömrük və digər iqtisadi islahatların həyata keçirilməsi nəticəsində büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və bu pullar vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəldilir.

Ölkə vətəndaşları bütün bunları görür, dəyərləndirir və Prezidentə təşəkkürlərini ifadə edirlər. Təsadüfi deyil ki, Fransanın "Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Opinion Way”in "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualını isə sorğuda iştirak edənlərin 90,5 faizi müsbət cavablandırıb.

Göründüyü kimi, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevə böyük etimad bəsləyir. Bu etimadın kökündə dayanan səbəb həyata keçirilən siyasətin dövlətin və xalqın maraqlarını layiqincə təmin etməsidir. Ona görə də Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi mövcuddur. Bu birlik öz növbəsində Azərbaycanın daha da qüdrətlənməsinə və inkişafına xidmət edir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM