Alternative content

08:48 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qaz hasilatı artdıqca...
Qaz hasilatı artdıqca...
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:09 21.04.2019


İstehlakçıların sayı çoxalır, ixrac imkanları genişlənir


Təbiət Azərbaycana təbii qaz yataqları kimi sərvət də bəxş edib. Onilliklərdir istismarda olan neft yataqlarından qara qızılla bərabər mavi yanacaq çıxarılır. Çoxdan işlənən, hasilatının əsas hissəsini qaz təşkil edən yataqlar da var. Bununla belə, son illərdə kəşf olunan, Azərbaycanı dünyaya qaz hasil və ixrac edən ölkə kimi tanıdan yeni mavi yanacaq mənbələri də az deyil.

Odur ki, qaz istehsalı ildən-ilə artır. Nəticədə, ilk növbədə, ölkə əhalisinin qazla təminatını köklü surətdə yaxşılaşdırmaq mümkün olub. İndi qaz xətləri ən ucqar dağ kəndlərinədək çatıb. Sovet dönəmində belə qaz görməyən yaşayış məntəqələrindəki evlərdə mavi alov şölələnir.

Azərbaycanın qaz ixracatçısı kimi şöhrəti də getdikcə artır. 13 ildir Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından çıxarılan qaz Gürcüstana və Türkiyəyə də ixrac edilir. Çəkilişi başa çatmaqda olan "Cənub qaz dəhlizi” yaxın gələcəkdə Azərbaycan qazını Albaniyaya, Yunanıstana, Bolqarıstana, İtaliyaya, daha sonra digər ölkələrə nəql edəcək.

Keçən ilin may ayında "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi "Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazın genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə TANAP-a (Transanadolu Qaz Boru Kəməri) ötürülməsinə imkan verdi. İyun ayında istismara daxil olan TANAP-la Türkiyəyə artıq 1 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb.

Ümumilikdə 2009-2018-ci illərdə 279 milyard 194 milyon kubmetr təbii qaz hasil olunub. Bu illərdə ölkə üzrə illik qaz istehsalında maksimum göstərici ötən il qeydə alınıb. Belə ki, il ərzində 30 milyard 490 milyon kubmetr qaz hasil edilib. Son 10 ilə aid minimum göstərici - 23 milyard 681 milyon kubmetr 2009-cu ildə olub.

Cari ilin əvvəlindən də təbii qaz ixracının dinamikasında 27 faiz artım qeydə alınıb. Bu, hasilatdakı artımla əlaqədardır. Belə ki, ölkə üzrə mavi yanacaq hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,1 milyard kubmetrdən çox olub. SOCAR-ın hasil etdiyi qaz 1,56 milyard kubmetrdən çox təşkil edib.

Xatırladaq ki, Azərbaycanda təbii qazın böyük hissəsi "Şahdəniz” yatağından çıxarılır. Hasilata başlandığı dövrdən indiyədək "Şahdəniz”dən 100 milyard kubmetrdən çox təbii qaz çıxarılıb.

Ötən il isə yataq 11,5 milyard standart kubmetr təbii qaz verib. Hazırda "Şahdəniz” qurğularının maksimum hasilat gücü gündəlik 48 milyon standart kubmetr, ildə təqribən 16 milyard kubmetrdir.

Dənizdəki və qurudakı digər yataqlardan da hasilat ahəngdar davam edir. Bu baxımdan SOCAR-ın "Ümid” yatağında istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlanıb. Quyunun potensial hasilatı gündəlik 2,5 milyon kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə, 5940-6810 metr dərinliyindən süxur nümunələri götürülüb, temperatur və lay təzyiqi barədə məlumatlar əldə olunub.

Layihənin mühəndislik dizaynı "Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihəni "Ümid-Babək” Əməliyyat Şirkəti idarə edib, qazma üzrə podratçı "SOCAR AQŞ MMC” olub.

Xatırladaq ki, "Ümid” yatağı Azərbaycan geoloqlarının ən böyük kəşflərindən biridir. Mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılar yataqdakı sözügedən quyuda bütün təbii maneələrə qalib gəliblər. Başqa sözlə, ən yeni texnologiyaları tətbiq edərək rekord dərinliyə çatıb və yüksək debitli quyunu uğurla istismara veriblər. "Şahdəniz” və "Ümid” Xəzərdə tək deyil. Hazırda kəşfiyyat işlərinin müxtəlif mərhələlərində olan yeni yataq və perspektiv strukturlar da yaxın gələcək üçün yüksək hasilat vəd edir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM