21 Aprel 2019 01:04
751
CƏMİYYƏT
A- A+

Daxili işlər naziri sıra baxışları keçirəcək


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Quba, Hacıqabul, Bərdə, Qəbələ rayonlarında və Gəncə şəhərində sıra baxışları keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 3-də DİN-in Daxili Qoşunlarının Quba rayonundakı hərbi hissəsində Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant (42 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı olacaq.

Mayın 7-də Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl, Hacıqabul, İmişli, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər, rayon polis orqanlarında vakant (169 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək.

Mayın 13-də isə Daxili Qoşunların Bərdədəki hərbi hissəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Yevlax, Mingəçevir, Kürdəmir və Zərdab şəhər, rayon polis orqanlarında vakant (74 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı təşkil olunan sıra baxışı təşkil ediləcək.

Mayın 18-də Daxili Qoşunların Qəbələdəki hərbi hissəsində Göyçay, Ağsu, Şamaxı, İsmayıllı, Ağdaş, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ, Qobustan və Ucar şəhər, rayon polis orqanlarında vakant (114 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı keçiriləcək.

Mayın 24-də isə Daxili Qoşunların Gəncədəki hərbi hissəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Xocalı və Naftalan şəhər, rayon polis orqanlarında vakant (103 ştat) olan post-patrul xidmətinin polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı olacaq.

Sıra baxışlarına yalnız yuxarıda adları qeyd edilən rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan şəxslər qatıla bilərlər.

Qeyd edək ki, sıra baxışlarında ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Kompüter avadanlığı ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

Boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video