Alternative content

03:44 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərpoçt” MMC problemli kredit sahiblərinə iki formada kompensasiya verəcək
“Azərpoçt” MMC problemli kredit sahiblərinə iki formada kompensasiya verəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 21.04.2019


Problemli kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar aprelin 22-dən etibarən "Azərpoçt”un respublika üzrə bütün şöbələrinə yaxınlaşıb şəxsiyyət vəsiqəsini və onun surətini təqdim etməklə pullarını nağd şəkildə ala biləcəklər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb nağdlaşdıra biləcəklər.

Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları (BOKT) və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt” MMC-yə müraciət etməlidirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunacaq. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt”un kartları vasitəsilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.

Bütün məlumatlar palatanın hazırladığı http://http://www.pk.fimsa.az portalında yerləşdirilib. Bağlanan banklar və BOKT-ların problemli kredit sahibləri isə məlumatları, eyni zamanda, "Azərpoçt” MMC-nin rəsmi internet səhifəsində "Problemli kreditinizə düşən kompensasiya haqqında məlumat” bölməsindən də ala bilərlər.

Bu layihədə BOKT-ların, eləcə də ləğv prosesində olan bankların müştərisi olan fiziki şəxslərə 500 manatadək məbləğdə kompensasiyaların verilməsi "Azərpoçt” MMC-nin pulköçürmələri xidməti vasitəsilə ödəniləcək. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.

Eyni zamanda, PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Plastik kartlar vasitəsilə ödənişlər vətəndaşların qeydiyyat ünvanları üzrə poçt şöbələrinə plastik kartların sahiblərinə göndərilməsi ilə baş tutacaq. Vətəndaş "Azərpoçt” MMC-nin rəsmi saytı vasitəsilə məlumatları qeyd edərkən həmin şöbə göstərilir və vətəndaş orada göstərilən poçt şöbəsinə yaxınlaşıb zəruri sənədlərə imza atır.

Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Müştərilər nəinki "Azərpoçt”un bankomatlarında və POS-terminallarla təchiz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda, "Millikart” MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. "Millikart” MMC-nin şəbəkəsinə daxil olan ATM-lər ASB ("Azərbaycan Sənaye Bankı”), "AccessBank”, "Bank Melli İran”, "Bank of Baku”, "ExpressBank”, "Gunay Bank”, "NaxçıvanBank”, "Unibank”a məxsusdur.

Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması "Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində "Azərpoçt” MMC, sadəcə, icraçı tərəf kimi çıxış edir.

Qeyd edək ki, "Azərpoçt” MMC tərəfindən problemli kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM