Alternative content

08:45 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ordenli fermer yeni uğurlara imza atır
Ordenli fermer yeni uğurlara imza atır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:01 21.04.2019


Daim yeniliyə can atan və bu yolda istədiyinə nail olan fermer Fərhad Məmmədovun ata-baba peşəsi heyvandarlıq olub. 64 yaşında da yorulmaq bilmədən çalışır. Dönük Qırıqlı kəndindəki fermasında cins qoyunlar saxlayır.

Bizi Fərhad Məmmədov özü qarşıladı. Hal-əhval tutandan sonra heyvanları otlağa çıxardı. Qoyunların yanında çox sayda quzu da var idi.

Dedi ki, bu qoyunları Ağcabədinin Qaradolaq kəndindən gətirmişəm. Avstraliya cinsidir. Çox məhsuldardır. Xəstəliklərə olduqca dözümlüdür. Əgər yerli qoyunların çəkisi iki ildə 25-30 kiloqram olursa, bunların çəkisi 100 kiloqrama çatır. 2008-ci ildə öyrəndim ki, belə bir qoyun cinsi var. Ağcabədiyə gedib tapdım və 15-ni alıb gətirdim. Elə gətirdiyim il 15 qoyundan 45 baş bala aldım. İki ildə doğan qoyunların sayı 100-ə çatdı.

Fermer onu da qeyd etdi ki, bu qoyunların əti çox keyfiyyətlidir. Yağlılığı çox olsa da, insan orqanizmi üçün ziyansızdır. Yem rasionu xüsusi hazırlanır. Lakin o qədər də vəsait sərf olunmur. Buna görə də hər cəhətdən sərfəlidir.

Fermer qoyunçuluğu inkişaf etdirmək üçün yem bazasını özü yaradır. Bunun üçün 6 hektar pay torpağından və kənd sakinlərindən icarəyə götürdüyü torpaqlardan istifadə edir. Hər il 10 hektarda taxıl, 2 hektarda yonca və qarğıdalı yetişdirir. Keçən il hər hektardan orta hesabla 50 sentner taxıl götürən fermer bu il əkin sahələrini bir qədər də genişləndirib.

Söhbət zamanı Fərhad Məmmədov onu da əlavə etdi ki, ərzaq bolluğu yaradılması üçün kəndlərimizdə böyük imkanlar var. Ölkə rəhbərinin kənd təsərrüfatının sürətli inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər deməyə əsas verir ki, yaxın zamanlarda bu sahədə böyük nailiyyətlər qazanılacaq. Dövlət fermerlərə bu qədər şərait yaradıb. Fermerlərə xeyli vəsait ödənilir. Gübrələr bizə yarı qiymətə satılır. Yanacaq və motor yağlarına görə əlavə vəsait verilir. Belə halda niyə bolluq yaratmayaq?!

Fermer Prezident İlham Əliyevlə görüşündən də danışdı. Dedi ki, dövlət başçısının Tovuza hər gəlişində sakinlərlə keçirilən görüşdə iştirak edir. İşini onun tapşırıq və tövsiyələrinə uyğun səviyyədə qurmağa çalışır. Məhz bunun nəticəsidir ki, adı sayılıb-seçilən fermerlər sırasında çəkilir. Keçən il dövlət başçısının sərəncamı ilə 3-cü dərəcəli "Əmək” ordeni ilə təltif edilib. Bu mükafat onu daha yaxşı işləməyə ruhlandırıb.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM