Alternative content

03:44 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənc bağbanın ilk baharı
Gənc bağbanın ilk baharı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:00 21.04.2019


Kənd həyatı şəhər adamında həmişə romantik təəssüratlar yaradır. Çünki darıxanda, ürəyimiz ata yurdunun xiffətini çəkəndə, təbiətin əsrarəngiz mənzərələrindən yana kənd-kəsəyə gedirik. Dincəlmək, ruhumuzu sakitləşdirmək, haradasa gurlayıb axan dağ çayının daşları diyirlədən səsini eşitmək, xırda bir bulağın xəfif avazını dinləmək üçün.

Xüsusən də al çiçəkləri ilə qollarını açan bahar mövsümündə bölgələrə səfər etmək ruhumuz üçün zərurətə çevrilir.

Amma bizdən fərqli olaraq, baharda fermerin, kənd adamının qayğıları başqa olur. Onlar üçün torpaq iş yeri, əkib-becərdiyi çörək ağacıdır. Həqiqətən, torpaq gözəllikdən daha çox ruzi, bərəkətlə bağlıdır. Adam var ki, kənd həyatının məhrumiyyətlərinə, çətinliklərinə qatlaşa bilmir, ev-eşiyini atıb bir qarın çörək üçün şəhərə qaçır. Adam da var ki, qolunu çırmayıb əlindəki torpağa canını qoyur, özünə də, ailəsinə də gün-güzəran ağlayır. Qocası da var, cavanı da belələrinin arasında.

Onlardan biri də Bəkirdir. O, gəncdir, 18 yaşı var. Atasının 7 il əvvəl saldığı gilas bağına mehrini salıb. İşinə elə aludə olub ki, sanki gilas qələmləri bacı-qardaşlarıdır. Onunla Qubanın Xucbala kəndində - atasının saldığı gilas bağında söhbət edirik.

- Bu yerə sovetlər dönəmində Quzey bağ deyiblər. - Bəkir mehrini saldığı torpaqdan danışır. - Ondan əvvəl buradan yuxarı vələs meşəsi olub, elə adına da Vələsi dərə deyərdilər. Sovet hakimiyyəti qurulandan sonra kəndimizin camaatını adını Əzizbəyov qoyduqları kolxoza qatdılar. Babam 80 il əvvəl burada əkin vaxtı keşik çəkəndə ceyran da vurub. Amma indi ov axtarsan, dovşan belə tapmaqda çətinlik çəkərsən. Atam İrandan yeni məhsuldar gilas qələmləri aldı, min bir əziyyətlə buradakı torpağımızda bağ saldı. Yeddi ildir yorulmadan əziyyətini çəkir.

Bəkir deməsə də, bağ salmağın necə məsuliyyətli və çətin iş olduğunu Qubada hamı yaxşı bilir. Bu, əslində, ömüraparan bir işdir. İllərlə qulluq etməlisən, pul xərcləməlisən ki, bağın bəhərə düşsün. Meyvə bağlarında alma-armud qələmi yaxşı tutur, qələmlər güclü olur, tez bitir, demək olar ki, quruyan ağaclar olmur. Heyva da belədir. Gavalını da bağbanlar bir qədər sırtıq ağac kimi sayırlar, harada olsa, kök salıb bitir.

Amma gilas qələmi bir qədər insan təbiətlidir, xanım kimi "nərmənazik”dir, daim nəvaziş istəyir, körpə uşaq kimi qayğıya möhtacdır. Əgər gilas bağına qulluq edirsənsə, gözünü bağdan çəkməməlisən, qələmlərin nazı ilə oturub-durmağı bacarmalısan.

Bəkir atasının gilas bağına necə qulluq etməsindən danışır:

- Atam elə bil bu bağla nəfəs alır, 7 ildir əlinə düşəni bura xərcləyir. Su olmayanda oturub yağışı gözləməyib, pulunu verib, su maşını gətirib, şlanqla qələmləri bir-bir suvarıb ki, inkişafdan qalmasınlar, boy verib böyüsünlər. Bu ildən, ola bilsin ki, bağımız bəhərə düşsün.

Gənc fermerə qulaq asanda bağın kəndli üçün nə demək olduğunu başa düşürsən. Uşaq min bir əziyyətlə necə ayaq tutub yeriyirsə, körpə fidanların "çay-çörəyini” gərək daim öz əlinlə verəsən ki, nə vaxtsa onlar da səni nübar məhsulu ilə sevindirə bilsin.

Bəkir atasının yolunu təsadüfən seçməyib. Atası ilə becərdiyi bu gilas bağı, atasının əziyyəti ona yeddi ilə bu sevgini damla-damla ruhuna hopdurub, aşılayıb. Bəlkə də yadında qalan kiçik bir əhvalat sevdirib ona bu bağı. Bir dəfə necə olmuşdusa, bağda 5 illik qələmin budağı dibindən qırılır, üzülüb düşməsinə az qalır. Onda atası budağı bağlamağa ip axtarır, əlinin altında heç nə olmadığından köynəyini çıxarıb qollarını cırır və budağı sarıyır ki, bəlkə birləşdi. Qırılan budaq bir neçə aydan sonra zoğ verib böyüyəndə atası sevinmişdi, "qələmi mənim köynəyimdə böyüyən ağac” deyib oxşamışdı.

İndi Bəkir Xarkov Milli Aqrar Universitetinin tələbəsidir. Qiyabi təhsil alır. Deyir ki, əyani universitetim atamın saldığı bağdır: "Xarkovda tələbə dostlarım öz aralarında deyirlər ki, mənim bildiklərimi heç universitetin axırıncı kursunda oxuyan tələbələr bilmir. 12 yaşımdan bu bağdayam, atamın qələmləri ilə birlikdə boy verib böyümüşəm. Ağaca baxanda elə boyundan, görkəmindən yaşını da, xəstəliklərini də təyin edə bilirəm. Amma oxumağımın faydası odur ki, müasir bağçılıqdan, yeniliklərdən xəbər tutur, öyrənirəm. Vaxt gələcək, mənim biliklərim öz bağımıza da, başqalarının bağına da baxmağa, qulluq etməyə imkan verəcək.

Bəkir həm də təbiəti sevir və insanı düşündürən gözəl təbiət mənzərələrinin fotolarını çəkir. Onun fotoları hətta moskvalı naşir İqor Suxanovu heyran qoymuşdu. O, gənc olmasına baxmayaraq, torpağı, bu torpağın üstündə çəkdiyi zəhməti maddi əvəzsiz qoymamağı bacarır. Bəkirin gənc beyni həm də ideyalarla zəngindir, torpaqdan pul çıxarmağın yollarını fikirləşib tapır, daha başqaları kimi kənddən şəhərə köçmək haqqında düşünmür.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM