Alternative content

08:46 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb
Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:00 21.04.2019


Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ilin birinci rübündə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında nəzərəçarpacaq artım qeydə alınıb.

AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, 2019-cu il aprelin 1-i vəziyyətinə rayonda 41 min 569 baş qaramal, 104 min 164 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,4 faiz, qoyun və keçilər 0,1 faiz artıb. 2019-cu ilin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 1062,6 ton ət, 9037,7 ton süd, 3360 min ədəd yumurta istehsal edilib. 2018-ci ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 34,6 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının çoxalması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ilin üç ayında 918 baş inək və düyə süni yolla mayalandırılıb, 514 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən "Holştein-friz” və "Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM