Alternative content

03:45 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Samuxda 600 hektarda şəkər çuğunduru əkilib
Samuxda 600 hektarda şəkər çuğunduru əkilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:59 21.04.2019


Samux rayonunda şəkər çuğundurunun səpininə martın əvvəlindən başlanılıb. Artıq 340 hektar sahədə səpin işləri yekunlaşıb. Yüksək məhsul əldə etmək üçün dekabrda şum aparılarkən əkilən hər hektara 200 kiloqram amofos və 100 kiloqram kalium gübrəsi də verilib.

Rayon icra hakimiyyətinə istinadən AZƏRTAC-ın yaydığı məlumatda bildirilir ki, bu il İmişli Şəkər Zavodu Samuxda şəkər çuğunduru əkmək üçün 80 mülkiyyətçi ilə müqavilə bağlayıb.

Müqavilənin şərtlərinə görə, bütün xərcləri zavod öz üzərinə götürüb.

İmişli Şəkər Zavodunun Samux bölgəsi üzrə nümayəndəsi bildirib ki, mülkiyyətçiyə kömək üçün zavod tərəfindən bir hektara 1230 manat subsidiya verilir. Zavod mülkiyyətçiləri zəruri texnika ilə təmin edir, məhsulun daşınmasını həyata keçirir və nəqliyyat xərclərini ödəyir.

Bununla yanaşı, şəkər çuğunduru əkən mülkiyyətçiyə dövlət tərəfindən hər hektara görə 4 manat subsidiya verilir. Bütün bunlar isə fermerlərin şəkər çuğunduru əkininə marağını artırır.

Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov bildirib ki, ötən il Samux rayonunda 560 hektar şəkər çuğunduru əkilib. Fermerlər sahələrdən hər hektara görə orta hesabla 45 ton olmaqla, ümumilikdə, 24000 ton məhsul yığıblar. Bu il isə samuxlu fermerlər şəkər çuğunduru sahələrini daha 40 hektar artırıblar.

Qeyd edilib ki, səpin aprelin sonuna kimi tam yekunlaşacaq. İyunun əvvəlindən şəkər çuğundurunun mərhələli şəkildə suvarılması aparılacaq. Məhsul yığımına isə sentyabrdan başlanılacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM