Alternative content

03:40 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Üçlüyün şah əsəri
Üçlüyün şah əsəri
ANA SƏHİFƏ / Mədəniyyət
00:56 21.04.2019


Heykəltəraşlar Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanını - Bəhram Guru güclü, hünərli igid kimi təsvir etməyə də müvəffəq oldular. Amma poemadakı yeddi gözəl simvolik məna daşıyır, qədim Şərq fəlsəfəsində insanın yeddi inkişaf təbəqəsindən ibarət olduğunu ifadə edir. Elə Bəhram Gurun öldürdüyü də nağılların, fantastik əsərlərin təəssüratından təsəvvürümüzdə yaratdığımız əjdaha deyil. Bu, Bəhram şahın bütün əsər boyu məğlub etməyə çalışdığı daxilindəki kin, təkəbbürdür. "Bəhram Gur” heykəlində isə müəlliflər, əsasən, mübarizliyi, yenilməzliyi, şər üzərində qələbəni əks etdirmişlər.

Azərbaycanın dünya şöhrətli şairi Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gur qılıncı ilə ayağına sarılan əjdahaya zərbə endirməyə hazırlaşır... Əfsanə süjetli bu heykəl qırx səkkiz ildir Bakının ən gözəl meydanlarından birini bəzəyir.

Paytaxtın mərkəzində, Azneft meydanında ucaldılan bu ilk heykəl-fəvvarə - "Bəhram Gur” 1959-cu ildə gənc heykəltəraşlar Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov tərəfindən hazırlanmışdır.


Tələbənin kurs işi


1950-ci illərdən Bakıda şəhərsalma, sənaye inkişaf etməyə başladı və hər bir sahəyə dair müəyyən tapşırıqlar verildi. Heykəltəraşlıqda da əmək, idman, gənclik kimi mövzulara xüsusi diqqət yetirilməsi nəzərdə tutulurdu. Abadlaşma dövrü kimi yadda qalan həmin illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri görkəmli memar Əliş Ləmbəranski idi.

O illərdə heykəltəraşlıq sahəsində uğurlu əsərlərə böyük ehtiyac duyulurdu. Ancaq Bakıda cəmi 6-7 heykəltəraş var idi. Yeni gənc heykəltəraş nəslinin meydana çıxmasına şərait yaranmışdı. Belə bir vaxtda üç rəssam - Qorxmaz Sücəddinov, Albert Mustafayev və Aslan Rüstəmov böyük həvəslə bu sahədə işlərə başladılar. Tezliklə Akademik Milli Dram Teatrının daxili tərtibatında istifadə olunacaq məşhur aktyor və rejissorların barelyeflərinin icrası onlara həvalə edildi. Amma bu üçlüyün şah əsəri paytaxtın nəzərəçarpacaq yerində yerləşən "Əjdahanı öldürən Bəhram Gur” heykəlidir. Albert Mustafayevin Leninqradda (indi Sankt-Peterburq) Rəssamlıq Akademiyasının II kursunda oxuyarkən hazırladığı kurs işi heykəlin ilkin variantı oldu. Amma heykəlin əsas müəllifi Qorxmaz Sücəddinovdur. Çünki o, gənc olsa da, digər iki rəssamdan daha təcrübəli idi. Qorxmaz Sücəddinov Tiflisdə Rəssamlıq Akademiyasını bitirib yenicə Bakıya qayıtmışdı. Albert Mustafayevlə Aslan Rüstəmov isə hələ tələbə idilər.

Əliş Ləmbəranskinin rəhbərliyi ilə paytaxtda yenidənqurma və abadlaşdırma işləri aparılırdı. Bakı Şəhər İcraiyyə Komitəsinin sədri şəhəri gözəlləşdirmək üçün rəssam və heykəltəraşlardan yeni layihələr və təkliflər gözləyirdi. Üç gənc də öz təkliflərini irəli sürdülər. Albertin kurs işi olan əsərin - Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanı Bəhram Gurun heykəlinin maketini hazırlayaraq Əliş Ləmbəranskiyə təqdim etdilər. İşi çox bəyənən Ləmbəranski abidənin yerini müəyyənləşdirdi. Abidə Azneft meydanında ucaldılacaqdı.


Mübarizliyi, yenilməzliyi əks etdirən əsər


Ünvanı Ləmbəranski tərəfindən seçilən heykəl tuncdan hazırlandı. Hündürlüyü 3,5 metrdir. Heykəlin ətrafında 20 metr diametrdə dairəvi hovuz quraşdırıldı. Estetik sənət əsəri olan ilk heykəl-fəvvarənin memarı Vladimir Şulqin oldu. 1960-cı ildə heykəlin açılış mərasimi keçirildi.

Müəlliflərin mövzu seçimi uğurlu idi. Heykəltəraşlar Nizami Gəncəvinin "Yeddi gözəl” poemasının qəhrəmanını - Bəhram Guru güclü, hünərli igid kimi təsvir etməyə də müvəffəq oldular. Amma məlumdur ki, "Yeddi gözəl”in Bəhram Guru digər qəhrəmanlardan fərqlənir. Poemadakı yeddi gözəl simvolik məna daşıyır, qədim Şərq fəlsəfəsində insanın yeddi inkişaf təbəqəsindən ibarət olduğunu ifadə edir. Elə Bəhram Gurun öldürdüyü də nağılların, fantastik əsərlərin təəssüratından təsəvvürümüzdə yaratdığımız əjdaha deyil. Bu, Bəhram şahın bütün əsər boyu məğlub etməyə çalışdığı daxilindəki kin, təkəbbürdür. "Bəhram Gur” heykəlində isə müəlliflər, əsasən, mübarizliyi, yenilməzliyi, şər üzərində qələbəni əks etdirmişlər.


"Bəhram Gur” geri döndü...


Bakının birinci fəvvarəli heykəli - "Bəhram Gur” ilk günlərdən maraqla qarşılandı. Heykəl şəhərin mərkəzində uzun illər necə ucaldılmışdısa, elə də qərar tutdu. Amma illər öz təsirini göstərdi. Abidənin əsaslı təmirinə ehtiyac yarandı. Üstəlik, bu sənət əsəri suyun içərisində yerləşirdi və korroziya problemləri ilə üzləşmişdi. Prezident İlham Əliyev 2007-ci ildə "Bəhram Gur” heykəli və ətrafda yerləşən obyektlərin əsaslı təmiri üçün sərəncam imzaladı. Həmin il sentyabrın 14-də heykəl yerindən götürülərək Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunun tunc sexinə aparıldı.

Həmin günlərdə heykəlin götürüldüyünü və yaxud yerinin dəyişdiyini zənn edən paytaxt sakinləri çox narahat idilər. Vaxtilə heykələ vurulan rəngin təmizlənməsi və təmiri üç aya yaxın müddətdə davam etdi. Əsaslı təmirdən sonra abidə yerinə qaytarıldı. Bərpa işlərindən sonra heykəlin açılışı 2007-ci il dekabrın 15-də oldu.

Yenidən öz əvvəlki yerində - Azneft meydanında, şəhər funikulyorunun qarşısında ucalan "Bəhram Gur” hər zamankı kimi yalnız gözləri, könülləri oxşamır, həm də mübarizliyi, qətiyyəti əks etdirir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM