Alternative content

10:45 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əvəzsiz mədəniyyət xəzinəsi
Əvəzsiz mədəniyyət xəzinəsi
ANA SƏHİFƏ / Mədəniyyət
00:55 21.04.2019


Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir

Heydər Əliyev


Kitabın bilik mənbəyi olması barədə mübahisə aparmağa ehtiyac yoxdur. İlk yazılı ədəbi nümunələrin toplusu kimi kitab əvəzsiz sərvətlərimizdən biridir. "Avesta”dan yol başlayan kitab müxtəlif ictimai-siyasi formasiyalarda insanların yaxın dostuna çevrilibsə, demək, onun bundan sonra da qəlblərə yol tapacağına şübhə yoxdur.

Tarixi-mədəni, ədəbi-bədii, eləcə də elmi-fəlsəfi irsin qorunub saxlanması kimi ümummilli və ümumxalq xidməti yerinə yetirən kitabxanaların son illər elektron vasitələrdən yararlanması isə təbiidir. Ölkəmizdə minlərlə müxtəlif tipli kitabxananın mövcudluğu bir daha təsdiqləyir ki, adıçəkilən sahəyə dövlətin qayğısı böyükdür. Bu, eyni zamanda, özünü onda göstərir ki, ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmət mədəniyyətinin günün tələbləri səviyyəsində qurulması, müasir tələblərə cavab verən texnologiya və proqram təminatlarının ödənilməsində kompleks tədbirlər görülür.

Belə mədəniyyət ocaqlarından biri də nəinki Qafqazda, yerləşdiyi Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan, ən böyük sərvətlərdən hesab edilən Azərbaycan Milli Kitabxanasıdır ki, İmperator Texniki Cəmiyyəti Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyəti kitabxanalarının fondlarından verilən 5000 nüsxə kitabla 1922-ci ildə yaradılsa da, rəsmi açılışı 1923-cü ilin may ayının 23-də olub.

Kitabxanada əsas diqqət fondun komplektləşdirilməsinə verilib. 1925-ci ildə fondda 51000, 1928-ci ildə isə 300000 adda kitab, jurnal, qəzet, kart və digər çap məhsulları toplanıb. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi M.F.Axundzadənin adı verilib. Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə köçməsi onu sevənlər üçün gözəl hədiyyə hesab edilib. Binanın yerinin seçilməsində və tikilməsində görkəmli xalq yazıçısı Süleyman Rəhimovun xidməti danılmazdır, layihəsi isə akademik Mikayıl Hüseynova məxsusdur.

Hazırda Milli Kitabxanada 30-dək şöbə fəaliyyət göstərir, fondu isə 5 milyon nüsxəyə yaxındır. O, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını da yerinə yetirir.

Heç təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev dörd dəfə Milli Kitabxanaya gəlib və öz şəxsi kitabxanasından yüzlərlə kitabı bura hədiyyə edib.

2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə "Milli Kitabxana” statusu alması isə kitabxananın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Milli Kitabxana respublikamızda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə çap olunmuş, eləcə də ölkəmiz haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır.

2008-ci ildən Milli Kitabxanada oxuculara virtual kitab sifarişi imkanı da yaradılıb. Yəni internetə çıxışı olan hər bir oxucu yaşayış və yaxud iş yerindən kitabxananın saytındakı "virtual xidmət” bölməsinə daxil olaraq istənilən nəşri sifariş edə bilər və dərhal ona həmin kitabın kitabxanada olub-olmaması barədə məlumat verilir. Beləliklə, kitabı kataloqda axtarmaq və sifariş edib gözləməyə ehtiyac qalmır.

Şəhər əhalisinin və qonaqlarının asudə vaxtının təşkili, uşaq və yeniyetmələrin mədəniyyət müəssisələrinə, kitabxanalara cəlb olunması məqsədilə Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi əsasında 2016-cı ildən etibarən "Mən oxudum, sən də oxu” devizi altında vətəndaşlara fasiləsiz kitabxana xidmətini həyata keçirən "Açıq kitabxana” fəaliyyətə başlayıb. Burada ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən nəşrlər oxucuların mütaliəsinə verilir, eyni zamanda kitab mübadiləsinə də gözəl imkan yaradılır. Kitabxanada müntəzəm olaraq keçirilən beynəlxalq və yerli sərgilər də oxucuların bu müqəddəs məkana marağını artıran tədbirlərdən sayılır.

Bu mədəniyyət mərkəzi 2005-ci ildə Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edilib. Keçmiş müttəfiq respublikalar arasında Rusiyadan sonra həmin təşkilata üzv olan ikinci dövlət Azərbaycan olub. Bu da kitabxananın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, Ümumavropa və ümumdünya layihələrində iştirakına real imkanlar yaradıb.

Məhəmməd NƏRİMANOĞLU,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM