Alternative content

10:42 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Min bir gecə” rusiyalı sənətçilərin təqdimatında
“Min bir gecə” rusiyalı sənətçilərin təqdimatında
ANA SƏHİFƏ / Mədəniyyət
00:52 21.04.2019


Azərbaycan ilə Rusiyanı bir çox sahələrdə səmimi, mehriban dostluq və qonşuluq əlaqələri birləşdirir. Ölkələrimizin mədəniyyət xadimləri, incəsənət ustaları, yaradıcı kollektivləri həm Rusiyada, həm də Azərbaycanda keçirilən bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak edirlər. İki ölkənin mədəniyyət nazirlikləri arasında əməkdaşlığa dair bir çox sənədlər imzalanıb və onlar humanitar sahədə əlaqələrin möhkəmlənməsinə dəyərli töhfələr verib.

Bu günlərdə ölkəmizdə keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində "Kreml baleti” teatrının təqdimatında böyük bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun "Min bir gecə” baleti nümayiş olunub. 40 il öncə yazılmış balet bəstəkarın möhtəşəm musiqi zövqünün, özünəməxsus dəst-xəttinin təntənəsinə çevrilib. Tamaşanın tərtibatçısı məşhur fırça ustası, xalq rəssamı Tahir Salahovdur. Səhnə əsərinin budəfəki nümayişi elə görkəmli rəssamın 90 illik yubileyinə həsr edilib.

İki pərdədən ibarət "Min bir gecə” baleti teatrın repertuarına 2010-cu ildə daxil edilmişdi. Baletdə teatrın ən tanınmış artistləri rol almışlar. Elə o vaxtdan da tamaşa Rusiyada, onun hüdudlarından kənarda nümayiş olunur.

"Kreml baleti” teatrı 1990-cı ildə yaradılıb. Onun yaradıcısı və bədii rəhbəri Rusiyanın xalq artisti Andrey Petrovdur. Teatr uzun illərdir ki, Sergey Raxmaninov adına Simfonik Orkestrin və Rusiyanın Prezident Orkestrinin müşayiəti ilə çıxış edir.

Rusiyalı sənətçilərin ifasında nümayiş etdirilən "Min bir gecə” tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanmışdır. Tamaşada klassik musiqi ilə qədim ərəb dünyasının valehedici vəhdətini təmin edən ab-hava, eləcə də artistlərin hadisələrin dramaturji gedişinə uyğun mimikaları hər kəsi valeh etmişdir. Səhnə geyimləri, tərtibat onların qəhrəmanların hiss-həyəcanları ilə səsləşməsi tamaşanın təsir gücünü daha da artırır.

F.Əmirovun yaradıcılığını araşdıran sənətşünaslar deyirlər ki, "Min bir gecə” baleti qadına, onun məhəbbətinə və müdrikliyinə həsr olunan sanki bir himndir. Mürəkkəb və dərin ideyaların rəqslərlə ifadə olunması bəstəkarın bu janrda ən böyük nailiyyətidir.

Rusiyalı sənətçilərin təqdim etdikləri "Min bir gecə” istər səhnə-tərtibat xüsusiyyətləri, istərsə də ifaçıların ustalığı etibarilə tamaşaçılar tərəfindən böyük sevgi və sürəkli alqışlarla qarşılanmışdır.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM