21 Aprel 2019 00:44
1372
Səhiyyə
A- A+

İldırım sürətli yoluxucu bəla


Zamanında diqqətə alınmazsa, ölümlə nəticələnə bilən qorxulu xəstəliklərdən biri də meningitdir. Meningitin baş və onurğa beynin yumşaq qişalarının iltihabı olduğunu söyləyən nevropatoloq Rima İbadova söyləyir ki, bunu virus və bakteriyalar törədə bilir.

Bu xəstəlik ilkin olaraq sadəcə qrip əlamətləri kimi özünü göstərir. Halsızlıq, iştahsızlıq, boğaz ağrısı kimi. Amma kəskin gedişli formalarında sürətli şəkildə beyin qişalarında iltihab yayılır və daha çox özünü yüksək temperatur, halsızlıq, işıqdan, səsdən qorxma halları kimi büruzə verir. Həmçinin boyun əzələlərinin gərginliyi, şiddətli baş ağrıları ilə özünü göstərir.


Erkən müdaxilə həyatı xilas edir


R.İbadova vurğulayır ki, xəstəlikdə erkən müalicə çox əhəmiyyətlidir. Çünki xəstəni qısa bir zaman ərzində itirmək olar. Amma erkən müdaxilə və düzgün diaqnoz ilə xəstələrin həyatını xilas etmək mümkündür: "Yuxarıda sadaladığımız bu əlamətlər müşahidə olunduqda dərhal həkimə müraciət etmək lazımdır. Ev şəraitində, hansısa türkəçarələrin vasitəsilə meningitin qarşısını almaq olmaz və çox ağır nəticələrə gətirib çıxara bilər. Pasientlər arasında bu xəstəliyin ağırlaşmış formalarına çox rast gəlirik. Xəstəlik bəzi formalarında hərəkət sistemində problemlər, ağır epilepsiyalar, ömür boyu şikəstlik hallarına yol açır. Daha ağır formada isə ölümlə nəticələnir”.

Nevropotoloqun sözlərinə görə, istənilən halda adi soyuqdəymə, yuxarı tənəffüs yollarının infeksiyası halları varsa, həkimə müraciət etmək lazımdır: "Bu xəstəliyin bəzi formaları yoluxucudur. Məsələn, pnevmatik meningit kimi. Elə formaları da mövcuddur ki, ona qarşı peyvənd var. Əgər orqanizmdə immunitet aşağıdırsa, bir balaca soyuqdəymə bu prosesi sürətləndirər. Amma hər soyuqdəymə də meningit olmaq demək deyil. Bu xəstəliyin yaranmasında soyuq sadəcə bir faktor rolunu oynayır, amma hər dəfə soyuqdan yaranmır. Məsələn, xəstəliyin etimologiyasına baxdıqda onun törədiciləri arasında bakteriyalar, viruslar, hətta göbələklər belə var”.


Peyvənd mütləqdir


Həkim qeyd edir ki, uşaqlarda xəstəliyin gedişatı nisbətən yüngül olur: "Xüsusilə bir yaşına qədər olanlarda. Amma böyük insanlarda az təsadüf olunsa da, gedişatı daha ağır olur və bu da onlarda ölüm faizinin yüksək olması ilə nəticələnir. Amma meningit sonrası yeriməsini, danışığını itirən kifayət qədər uşaq pasiyentlərimiz də var. Bu cür ağırlaşma hallarının olmaması üçün xəstəliyə qarşı peyvəndlənməni tövsiyə edirik”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video