21 Aprel 2019 00:42
1065
Səhiyyə
A- A+

Kif möcüzəsi


Müasir zamanda demək olar ki, hər kəsin istifadə etdiyi "penisilin” adlı ilk antibiotik düz 91 il bundan öncə kəşf edilib. Antibiotik təsadüfi şəkildə 1928-ci ildə ingilis mikrobioloq Aleksandr Fleminq tərəfindən kəşf olunub.

Alim, insan orqanizminin bakterial infeksiyalara qarşı mübarizəsinə aid araşdırması zamanı sıravi eksperimentini apararkən təsadüfən bu antibiotik diqqətini çəkib.

Araşdırma zamanı o qarşısındakı qabda penisilium adlanan kifin yaxınlıqda yetişdirdiyi bakteriyanı öldürməsinin şahidi olub. O, antibakteriyal maddəni penisillin adlandırıb. Amma dərmanın tam araşdırılması üçün əlavə 12 ilə ehtiyac olub. Bu kəşfinə görə A.Fleminq 1945-ci ildə Nobel mükafatına layiq görülüb.

İlk dəfə penisillin icad edilərkən möcüzəvi dərman adlandırılmışdı. Bu dərman aşkar edilənə kimi hər üç nəfərdən biri cərrahi əməliyyatdan sonra yaranan infeksiya və ağciyər iltihabından vəfat edirdi. Körpələrlə yaşlılar arasında ölüm halları yüksək idi. On il ərzində bu rəqəm bir neçə faizə enmişdi.


Ən zərərsiz antibiotik


Adətən antibiotiklərdən bakterial infeksiyalara qarşı istifadə edilir. Penisillindən xüsusilə badamcıqların iltihabı, farinqit, bronxit və ağciyər iltihabının, eləcə də sifilis və qonoreya kimi cinsi yolla ötürülən xəstəliklərin müalicəsində istifadə edilir. Müasir penisillinlər geniş antibiotiklər sinfinə daxildir. Penisilinə dözümlülük ilk dəfə 50-ci illərdə qeydə alınıb. 1957-ci ildə qlobal qrip epidemiyası zamanı çox sayda insan ölüb. Bu adamlar dərmana dözümlü qrip növü nəticəsində vəfat ediblər. Həmin vaxt tanınmış alimlərin daxil olduğu superpenisillin adlanan dəstə penisilinin yeni və ikinci nəslini yaratdı. Bunlar metisillin və ampisillin idi.

Penisillin - ən az zərərli antibiotik kimi dünyada geniş istifadə olunur. Penisillin yalnız allergiyası olan insanlara zərər yetirə bilər. O da penisillinin miqdarından deyil, insanın həssaslığından asılı olur. Pensillinin ən ciddi mənfi təsiri şok effekti yaratmasıdır ki, bu da 2 mində 1 dəfə baş verir. Buna görə də insana penisillin vurulanda daha öncə bu dərmandan istifadə edib-etmədiyi araşdırılmalıdır. Adətən test üçün əvvəlcə 0,1 ml miqdarında penisillin dəriyə vurularaq təsiri yoxlanılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video