Alternative content

08:12 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cavanlıq eleksiri
Cavanlıq eleksiri
ANA SƏHİFƏ / Səhiyyə
00:42 21.04.2019


Güclü antioksidant xüsusiyyətlərə malik yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.

Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabi xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir, güclü mikrob əleyhinə təsirə malikdir.

Əqli və fiziki aktivliyi artırır, əhvali-ruhiyyəni qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayı axşam vaxtları qəbul etməyi məsləhət görmür. Bu zaman rahat və tez yuxuya getməyinizə mane olacaq. Əksinə, səhər tezdən içdiyiniz bir fincan yaşıl çay sizi daha gümrah edəcək və əmək qabiliyyətinizi artıracaq.

Yaddaşı və diqqəti möhkəmləndirən yaşıl çay sinir sisteminə müsbət təsir edir, insana depressiyadan çıxmaqda yardım edir.

Yaşıl çay insanın ürək-damar sisteminə də çox müsbət təsir edir - aterosklerozun əmələ gəlməsi riskini azaldır, damar və kapilyarları möhkəmləndirir, onları elastik edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır.

Yaşıl çay arterial təzyiqi aşağı salır və bu səbəbdən hipotoniyadan (arterial təzyiqin daim aşağı olması) əziyyət çəkən insanlar yaşıl çayı qəbul etməməlidirlər.

Yaşıl çay çini qabda çox qaynar olmayan su ilə dəmlənir. Dəmlədikdən 2-3 dəqiqə sonra çayı içmək lazımdır, çünki bu çay yalnız təzə içilməlidir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM