Alternative content

08:14 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yağış necə yaranır?
Yağış necə yaranır?
ANA SƏHİFƏ / Elm və texnika
00:39 21.04.2019


Yağışın necə əmələ gəlməsi insanlar üçün uzun müddət sirr olaraq qalıb. Yalnız hava radarlarının kəşf edilməsindən sonra yağışın hansı mərhələlərdən keçərək əmələ gəlməsi tam dəqiqləşib.

Yağış üç mərhələdən keçərək əmələ gəlir. Əvvəlcə yağışın "xammalı” külək vasitəsilə havaya qalxır, sonra buludlar meydana gəlir, sonda yağış damcıları ortaya çıxır.

I mərhələ: okeanlardakı suyun köpüklənməsi nəticəsində əmələ gələn saysız hava qabarcıqları davamlı şəkildə ortaya çıxdıqda su zərrələri mütəmadi olaraq havada fırlanır. Duzlarla zəngin olan bu su zərrələri daha sonra küləklər vasitəsilə yuxarıya - atmosferə doğru yol alır. Aerozol adlandırılan su zərrələri dənizlərdən qalxan su buxarını "su tələsi” adı verilən bir mexanizmlə öz ətrafında kiçik damcılar halında toplayaraq bulud topalarını əmələ gətirir.

II mərhələ: duz kristallarının və yaxud havadakı toz zərrəciklərinin ətrafında sıxlaşan su buxarı sayəsində buludlar əmələ gəlir. Bunların içindəki su damcıları çox kiçik (0,01 və 0,02 mm) olduğuna görə onlar havadan asılı qalır və havaya yayılırlar. Beləcə, göy buludlarla örtülür.

III mərhələ: duz kristalları və toz zərrəcikləri ətrafında yığılan su damcıları artıb qalınlaşaraq yağış damcılarını əmələ gətirirlər. Beləcə, havada daha da böyüyən və ağırlaşan damcılar buluddan ayrılaraq yağış şəklində yerə düşməyə başlayır.

Buludların tiplərini öyrənən alimlər yağışın əmələ gəlməsi ilə bağlı heyrətamiz nəticələr əldə ediblər. Yağış buludları müəyyən bir sistem və mərhələ daxilində əmələ gəlir və öz formasını alır. Yağış buludlarından biri olan kümülonimbus növlü buludların əmələ gəlməsi prosesinin elmi izahı aşağıdakı kimidir:

Qovulma: buludlar olduqları yerdən küləklər tərəfindən tərpədilərək qovulurlar.

Toplanma: külək tərəfindən qovulan bu kiçik buludlar (kümülonimbus) qovulduqları başqa yerdə toplanıb yeni böyük buludları əmələ gətirirlər.

Yaranma: kiçik buludlar birləşəndən sonra böyük buludun içindəki yuxarı çəkmək gücü çoxalır.

Bu mərhələlərin nəticəsində su və dolu damcıları yuxarı çəkilmə gücünün onları dəstəkləyə bilməyəcəyi qədər ağırlaşdığı vaxt buludlardan yağış, dolu yağmağa başlayır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM