Alternative content

23:56 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yazın qar yağışı
Yazın qar yağışı
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:35 21.04.2019


Bir neçə gün davam edən yağışlardan sonra respublikamızın bir çox ərazilərinə, o cümlədən Qəbələ və İsmayıllı rayonlarına son illərin qış aylarında müşahidə edilməyən qar yağıb.

İsmayıllı sakinləri söhbət zamanı bildirdilər ki, aprel ayında axırıncı dəfə 25 il əvvəl - 1986-cı ilin aprelində, özü də ayın 25-i tarixində oxşar təbiət hadisəsi ilə üzləşiblər. Həmin il indikindən daha çox qar yağmış, şaxta təsərrüfatlara ciddi ziyan vurmuşdu.

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumatda isə bildirildi ki, yağan qar və soyuq hava nəticəsində meyvəçiliyə ciddi ziyan dəymişdir.

Respublikanın şimal rayonlarına da qar yağıb, temperatur aşağı düşüb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildiriblər ki, ən aşağı temperatur rayonun Qrız və Xınalıq kəndlərində qeydə alınıb. Qrız kəndində qalın qalınlığı 6 santimetrə, Xınalıq kəndində və Xızı rayonunun Altıağac qəsəbəsində isə 4 santimetrə çatıb.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM