Alternative content

09:52 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:37 20.04.2019

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə "Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına start verib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqram Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.1-ci yarımbəndinin (ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması) icrasının təmin edilməsi məqsədilə həyata keçirilir.

Proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Bu proqramda iştirak etmək istəyən gənclər müvafiq ərizə formasını doldurub bu il mayın 20-dək [email protected][email protected] elektron poçt ünvanlarına göndərməlidirlər.

İddiaçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalıdır. Proqramda 18-25 yaşlı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Təşkilatçılıq bacarığına, geniş dünya görüşünə, ünsiyyət və əlaqə qurmaq bacarığına, komanda ilə iş bacarığına malik namizədlər iddiaçılar arasında seçiləcəklər. Bundan başqa, iddiaçılar yerli və beynəlxalq tədbirlərdə təmsil olunan ictimai fəal gənclər meyarı üzrə də müəyyənləşdiriləcək.

Namizədlər siyahısına daxil edilmiş hər bir gənc müsahibəyə dəvət ediləcək. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna rəsmi məlumat göndəriləcək.

Proqramda iştirakla bağlı ətraflı məlumat almaq üçün Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Günel Dadaşova (012 465 84 19) ilə əlaqə saxlamaq lazımdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM