Alternative content

17:02 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sumqayıtda “Nəsimi” ilinə həsr olunmuş qiraət gecəsi keçirilib
Sumqayıtda “Nəsimi” ilinə həsr olunmuş qiraət gecəsi keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
13:53 20.04.2019


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il "Nəsimi” ili elan edilib. Respublikanın hər yerində olduğu kimi, bununla bağlı Sumqayıtda da tədbirlər keçirilir. Belə tədbirlərdən biri Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclər Klubu və Musiqi Kollecinin birgə təşkilatçılığı ilə keçirilən qiraət gecəsi idi.

Sumqayıt Uşaq Gənclər İnkişaf Mərkəzində keçirilən tədbirdə bildirilib ki, dahi şair Nəsiminin 650 illiyinin qeyd edilməsi istedadlı və yaradıcı gənclərin öz qabiliyyətlərini nümayiş etdirmələri üçün bir təkandır. Gənclər şairin qəzəllərini öyrənməklə onun şeiriyyət dünyası ilə yaxından tanış olur, yüksək fəlsəfi dəyərləri mənimsəyirlər. Bu gün az azərbaycanlı tapmaq olar ki, Nəsiminin əsərlərini əzbərdən bilməmiş olsun. Ölkədə "Nəsimi ili”nin elan olunması hər bir vətəndaşın mənəvi zənginliyinin artmasında mühüm rol oynayacaq.

Daha sonra iştirakçılara İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib və qısa film nümayiş etdirilib.

Tədbirdə Sumqayıt Musiqi Kollecinin tələbələri Nəsiminin qəzəlləri əsasında ədəbi-bədii kompozisiya nümayiş etdirib, musiqi sədaları altında şairin şeirləri səsləndirilib.

Akif ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM