Alternative content

08:11 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ Ukraynada uzun müddət qalmaq niyyətindədir
ABŞ Ukraynada uzun müddət qalmaq niyyətindədir
ANA SƏHİFƏ / DÜNYA
13:51 20.04.2019


ABŞ Ukraynaya dəstək verməkdə davam edəcək. Bu barədə Vaşinqtonun Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker məlumat vermişdir.

Volker Ukraynada keçiriləcək prezident seçkilərini şərh edərkən bildirmişdir ki, "ABŞ bu ölkəyə uzun müddətə gəlib”. Onun dediyinə görə, Vaşinqtonun vəzifəsi dinc, güclü, demokratik, çiçəklənən və təhlükəsiz Ukraynanı dəstəkləməkdir. Volker həmçinin Ukrayna sərhədlərinin tamamilə bərpa olunmasının zəruriliyini vurğulamışdır.

Xüsusi nümayəndə aprelin 12-də qeyd etmişdi ki, ABŞ hansısa namizədi dəstəkləmir, yalnız "prinsiplərə tərəfdar çıxır”. Lakin o, bundan bir neçə gün əvvəl Ukraynanın hazırkı Prezidenti Pyotr Poroşenkonun dövlət başçısı vəzifəsinə digər namizəddən - Vladimir Zelenskidən üstün olduğunu bəyan etmişdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM