Alternative content

08:11 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxıstanda avtobus qəzası 11 nəfərin ölümünə səbəb oldu
Qazaxıstanda avtobus qəzası 11 nəfərin ölümünə səbəb oldu
ANA SƏHİFƏ / DÜNYA
13:51 20.04.2019


Qazaxıstanın Jambıl vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı 11 nəfər həlak olmuşdur. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat vermişdir.

Korday rayonunda, Almatı-Daşkənd avtomobil yolunun 181-ci kilometrində sərnişin avtobusu aşmışdır. Avtobusun sürücüsü başqa bir qəzadan - "Toyota Camry” minik maşınının yol kənarında dayanmış yük avtomobilinə çırpılmasından qaçmaq istəmişdi. Avtobusun səkkiz sərnişini yerindəcə həlak olmuş, daha üçü xəstəxanada dünyasını dəyişmişdir. 32 nəfər yaralanmışdır. Onlardan bəzilərinin vəziyyəti ağırdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM