Alternative content

08:07 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lerik və Yardımlı rayonlarına qar yağıb
Lerik və Yardımlı rayonlarına qar yağıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:32 20.04.2019

Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 19-da axşam saatlarından başlayaraq Lerik və Yardımlı rayonlarında qarla müşayiət olunub.

Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.

Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmasa da, meyvə bağlarına ziyan vurub.

Yardımlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimetrdir.

Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb. Yaz fəslində yağan qar yaşayış məntəqələrində hər hansı bir problem yaratmayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM