Alternative content

08:08 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanda kütləvi ixtisarlar: 5 nazirlik ləğv olundu, 400-ə yaxın məmur işdən qovulur
Ermənistanda kütləvi ixtisarlar: 5 nazirlik ləğv olundu, 400-ə yaxın məmur işdən qovulur
ANA SƏHİFƏ / SİYASƏT
00:34 20.04.2019


İşğalçı ölkədə ictimai-siyasi vəziyyət gərgin olaraq qalır


Bu gün müasir Ermənistanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri demokratiyanın boğulması, hakimiyyətin iradəsinə qarşı çıxanların inzibati metodlarla zərərsizləşdirilməsidir.

Əslində, ötən əsrin son onilliyində formal müstəqilliyini əldə etdikdən sonra bu ölkədə məhz belə bir şəraitin hökm sürməsi özünü qabarıq surətdə büruzə verir. Elə bu fonda işğalçı ölkədə insan hüquqlarının kobud şəkildə pozulması, media azadlığının boğulması illər boyu adi hal alıb.

İndinin özündə də dərin iqtisadi və siyasi böhran içərisində boğulan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır, siyasi baxışlarına, müxalifətdə olmalarına görə həbsə atılanların sayı artır.

Hətta iş o yerə çatıb ki, 2008-ci ildə konstitusiya quruluşunu devirmək ittihamı ilə təqsirləndirilmiş Ermənistanın sabiq prezidenti Robert Koçaryanı ömürlük həbs gözləyir. Belə ki, bundan əvvəlki çıxışlarında hazırkı hakimiyyəti sərt tənqid edərək özünü siyasi məhbus adlandıran Robert Koçaryanın adı qalmaqallı rüşvət cinayətində hallanır.

Yerli mətbuatın verdiyi xəbərə görə, Yerevanın Şenqavit rayon məhkəməsində iş adamı Silva Ambarsumyanın Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı 2 milyon dollar rüşvətalma iddiasının detalları ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmədə Koçaryanın vəkillər komandasının üzvü Artyom Orbelyan bildirib ki, Silva Ambarsumyanın verdiyi ifadələr şər-böhtandır. Onun şəxsən Koçaryanla heç bir əlaqəsi olmayıb və onlar heç vaxt görüşməyiblər. Əgər Paşinyan keçmiş rəqiblərindən qisas alırsa, o zaman nə üçün ölkənin digər rəhbər şəxslərinə qarşı ittihamlar irəli sürülmür?!

"Lragir” qəzeti yazır ki, ərəb ölkələrində biznesi olan Silva Ambarsumyan keçən ilin noyabrında Ermənistana dəvət olunaraq xüsusi istintaq komitəsində dindirilib. Sonra onun Robert Koçaryanla üzləşməsi prosesi təşkil edilib. Silva Ambarsumyan bir daha bildirib ki, Koçaryan sabiq xarici işlər naziri Vardan Oskanyanın vasitəçiliyi ilə 1 mart hadisələrindən əvvəl ondan 2 milyon dollar alıb. Əgər Robert Koçaryanın cinayət materialına bu maddə də əlavə edilərsə, o zaman onu ömürlük həbs gözləyir.

Hakim Edik Avetisyanın sözlərinin də yer aldığı məqalədə qeyd olunur ki, bu cinayətlə əlaqədar bəzi şübhəli məqamlar var və Ambarsumyan bir daha Ermənistana gətirilib xüsusi istintaq komitəsində dindirilməlidir. Növbəti məhkəmə prosesi 6 ay sonra keçiriləcək.

Ermənistanda digər sahələrdə olduğu kimi, orduda da hansısa müsbətə doğru dəyişikliklər baş verməyib. Əksinə, görünən budur ki, erməni ordusunda vəziyyət getdikcə daha acınacaqlı xarakter alır. İşğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının da sayı artıb.

Bu günlərdə güllə yarası almış hərbçi Narek Safaryan ölüb. Onun Yerevanın Mikayelyan cərrahi xəstəxanasında əməliyyat vaxtı dünyasını dəyişdiyi bildirilib. Mətbuatın yazdığına görə, həmin hərbçi xəstəxanaya Kanaker hərbi hissəsinin qonşuluğundakı ərazidən gətirilib. Dəqiqləşdirmələrdən sonra məlum olub ki, intihar edən 24 yaşlı hərbçi Kotayk vilayətinin sakini idi. Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib.

Daha bir növbəti qalmaqal isə hərbçilərin keyfiyyətsiz geyimləri ilə bağlıdır. Bu ölkənin Müdafiə Nazirliyinin hərbi polisi və hərbçilərin sosial müdafiəsi idarəsi ən böyük hərbi hissələrdən birində əsgərlər üçün nəzərdə tutulan minlərlər keyfiyyətsiz paltar aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb. Ermənistan mətbuatı bunun ilk hal olmadığını qeyd edir.

Bütün bu hallar cəmiyyətdə narazılıqları artırır. Hərbi hissələrdə baş verən ölüm faktları düzgün araşdırılmır. Məsələn, hələ doqquz il əvvəl qətlə yetirilən əsgər Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq. Hərbçinin anası İrina Qazaryan bildirir ki, Nikol Paşinyan ilə görüşdə oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq o, istintaq sistemi eynilə qaldığına görə cinayət işinin tam araşdırılacağına və günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib.

Hadisələrin bu səpkidə inkişaf etdiyi bir vaxtda Ermənistan parlamenti nazirliklərin sayının 17-dən 12-yə azaldılması ilə bağlı qərar verib. Qanun layihəsi 70 səs lehinə, 40 səs əleyhinə olmaqla qəbul edilib. Hakim "Mənim addımım” bloku istisna olmaqla, "İşıqlı Ermənistan” və "Çiçəklənən Ermənistan” fraksiyaları qanuna qarşı çıxıblar. Müxalifət bloku 5 nazirliyin ləğvi nəticəsində çox sayda insanın işsiz qalacağına etiraz edib.

"Joxovurd” nəşrinin yazdığına görə, müxalif qrupların nümayəndələri hökumətin bu addımının hansı effekt verəcəyi barədə hələ də xalqı məlumatlandırmayıblar. Bundan əlavə, onlar hökumətin bu addımının ölkə büdcəsinə nə qədər gəlir gətirəcəyi barədə dəqiq proqnozlar vermirlər.

Hakimiyyət isə ixtisarların dərhal həyata keçirilməyəcəyini iddia edir. Nəşr yazır ki, Kənd Təsərrüfatı Nazirliyindən 130, Mədəniyyət Nazirliyindən 110, Diaspor Nazirliyindən 80, İdman və Gənclər Nazirliyindən 80 işçi ixtisara salınacaq. Əvvəlcə 78 nəfərdən ibarət nazir müavinləri və şöbə müdirləri ixtisar ediləcək.

Bundan sonra isə işçilər arasında bal qiymətləndirilməsi keçiriləcək və daha sonra total ixtisarlar başlanılacaq. Rusiyanın qaz nəhəngi "Qazprom”un 100 faizlik törəməsi olan "Qazprom Ermənistan” şirkətində də ixtisarlar gözlənilir. Belə ki, 6 minə yaxın işçiyə sahib olan şirkət yaxın vaxtlarda şirkətdə çalışan müfəttişlərin 50, çilingərlərin 30, mərkəzi ofis işçilərinin isə 10 faizini ixtisar edəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM