Alternative content

01:35 21 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aprelin 22-dən banklar vətəndaşların kompensasiyalarını ödəməyə başlayacaq
Aprelin 22-dən banklar vətəndaşların kompensasiyalarını ödəməyə başlayacaq
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:23 20.04.2019


Aprelin 22-dən banklar tərəfindən vətəndaşların kompensasiyalarının ödənilməsinə başlanılır.

Azərbaycan Banklar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə "Azərpoçt” MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.

Banklar tərəfindən 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini ödəniş kartlarına köçürməklə, 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar isə pul köçürməsi yolu ilə veriləcək. Kompensasiya ödənişləri məqsədilə fiziki şəxslərdən heç bir komissiya tutulmayacaq.

Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaq. Fiziki şəxslər onlara ayrılmış vaxtda müvafiq banka yaxınlaşaraq kompensasiyanı əldə edəcəklər.

Bundan başqa, kompensasiya ödənişi ilə əlaqədar kredit təşkilatlarında vətəndaşların operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunmuş və müvafiq əməkdaşlar ayrılıb. Bu müddətdə banklar xüsusi iş rejimində işləyərək vətəndaşlara xidmət göstərəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM