20 Aprel 2019 00:22
750
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbində Tələbələrin I Respublika elmi konfransları başa çatmışdır


Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika elmi konfransları başa çatmışdır.

Tədbirə BANM-in rəhbərliyi və professor-müəllim heyəti, eləcə də, BANM-in partnyorları olan SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR Polymer, Huawei, Maire Technimont, ABB, Microsoft, Emerson Process Management və Avandsis Group şirkətlərinin təmsilçiləri qatılmışdılar. Eyni zamanda konfranslarda iştirak etmiş və öz maraqlı prezentasiyaları ilə seçilərək qalib olaraq müəyyən edilmiş tələbə və gənc alimlər də iştirak etmişdilər.

Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə 15 aprel tarixindən etibarən keçirilən konfransların yekunu barədə məlumatları iştirakçıların diqqətinə çatdırmışdır. Çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında - Kimya və kimya mühəndisliyində perspektivlər, Keyfiyyətli enerji, keyfiyyətli xidmət və Yüksək texnologiyalar- innovativ tətbiqlər mövzuları çərçivəsində təşkil olunmuş konfranslara ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və AMEA-nın institutlarını təmsil edən ümumilikdə 177 nəfər tələbə və gənc alimin müraciət etdiyini bildirən rektor hər bölmə üzrə uğurla çıxış etmiş qaliblərin BANM-in sertifikatları, eləcə də konfransa dəstək vermiş yerli və transmilli şirkətlərin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlarını bildirmişdir. Hər bir iştirakçıya konfransda fəal iştirak etdikləri üçün təşəkkür edən rektor onlarda elmi-tədqiqatlara marağın bundan sonra daha da artacağından əmin olduğunu vurğulamışdır. Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə, həmçinin həvəsləndirici kateqoriya üzrə seçilmiş iştirakçılara sertifikat və hədiyyələr təqdim olunmuşdur.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video