19 Aprel 2019 19:57
655
İDMAN
A- A+

Sumoçumuz Avropa çempionatında iki qızıl medal qazanıb


Azərbaycan sumoçusu Camal Feyziyev Estoniyanın paytaxtı Tallinndə keçirilən sumo üzrə XXIII Avropa çempionatında iki qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, C.Feyziyev 115 və 115 kiloqramdan yuxarı çəki dərəcələrində Avropa çempionu olub. İlk görüşdə (+115 kq) Polşa idmançısını məğlub edən C.Feyziyev yarımfinalda Gürcüstan təmsilçisini üstələyib. Sumoçumuz finalda gürcüstanlı daha bir idmançını məğlub edərək Avropa çempionu olub.

C.Feyziyev 115 kiloqram çəki dərəcəsində isə ilk görüşdə Rusiya idmançısından üstün olub. Ukraynalı sumoçunu da məğlub edən C.Feyziyev yarımfinalda Polşa təmsilçisini mübarizədən kənarlaşdırıb. Finalda daha bir ukraynalı idmançını məğlub edən C.Feyziyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu gün çıxış edən digər idmançılarımız Məhərrəm Eyvazov (60 kq) və Nahid Vəliyev (60 kq) birinci qarşılaşmada qələbə qazansalar da, ikinci görüşdə mübarizəni dayandırıblar.

Xatırladaq ki, idmançılarımız çempionatda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi ilə mübarizə aparırlar.

Qarşılaşmaların idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Rəsul Həsənov təmsil edir.

Avropa çempionatında 17 ölkədən 350-dən çox idmançı gücünü sınayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video