Alternative content

08:08 25 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNEC alimlərinin dünya elminə töhfəsi
UNEC alimlərinin dünya elminə töhfəsi
ANA SƏHİFƏ / Təhsil
19:26 19.04.2019


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitunun direktoru, professor Yadulla Həsənli və UNEC Biznes Məktəbinin direktoru, Harvard Universitetinin Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzində (Beyin Mərkəzində) oktyabr, 2017- sentyabr, 2018-ci il tarixində dəvətli tədqiqatçı, dosent Nazim Hacıyevin "Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma ("World Market Price of Oil: Impactıng Factors and Forecastıng (SpringerBriefs in Economics))” kitabı dünyanın tanınmış nəşriyyat evi və Elmi nəşrlərin Sosial-iqtisad və Təbiət Elmləri (SENSE) sahəsində resenziyalı yüksək kateqoriyalı Springer nəşriyyatı tərəfindən çap edilib.

Kitabın elmi redaktoru Harvard Biznes Məktəbinin professoru və Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzinin (Beyin Mərkəzi) direktoru, professor Ravi Abdelal və Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə, elmi rəyçiləri isə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və AMEA-nin İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nin müxbir üzvü, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovdur.

Kitabda qlobal iqtisadiyyatda baş verən yeni tendensiyalar və çağırışlar fonunda mühüm strateji əhəmiyyət daşıyan xam neftin dünya bazarlarında qiymətinə təsir edən amillər, 2020-ilə qədər neftin dünya bazar qiyməti və ilk dəfə olaraq Azərbaycan neftinin (AzərLayt) dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün elmi və praktik baxımdan əsaslandırılmış proqnozlaşdırmağa imkan verən ekonometrik (ARIMA, Trend və Hibrit) modelləri qurulub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM