19 Aprel 2019 17:38
1617
PARLAMENT
A- A+

Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib


Aprelin 19-da Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. İclasda MDB PA-nın parlament nümayəndə heyətləri, daimi komissiyalarının üzvləri, alimlər, ekspertlər iştirak ediblər.

İclası açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko tədbirdə MDB PA-nın hüquq məsələləri, iqtisadi və maliyyə məsələləri, elm və təhsil məsələləri üzrə daimi komissiyalarının hazırladıqları 11 model qanunvericilik aktı və tövsiyələrinin nəzərdən keçiriləcəyini bildirib. Təsdiq edilmiş sənədlər MDB ölkələri milli qanunvericiliklərində istifadə olunması üçün Birlik dövlətlərinin qanunvericilik orqanlarına təqdim edilib.

Toplantı çərçivəsində təhlükəsizlik və yeni çağırışlar və təhdidlərə qarşı mübarizə birləşmiş komissiyasının, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının, müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasları olub.

Tədbirin sonunda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video