Alternative content

03:39 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
ANA SƏHİFƏ / İDMAN
17:36 19.04.2019

Dünya Güləş Birliyi (UWW) Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən yeni reytinq siyahısını açıqlayıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, sərbəst güləşçilərin siyahısında müxtəlif çəki dərəcələri üzrə ilk "20-lik”də 11 güləşçimiz yer alıb. Səkkiz illik fasilədən sonra üçüncü dəfə Avropa çempionu olan Cəbrayıl Həsənov (79 kq) xal ehtiyatını 60-a çatdırıb. O, eyni xala malik amerikalı dünya çempionu Kayl Daykla 1-2-ci yerləri bölüşür.

Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha iki sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq) və Şərif Şərifov (92 kq) da reytinqdə irəliləyiblər. H.Əliyev 22 xalla səkkizinci, Ş.Şərifov isə 20 xalla on birinci pillədə qərarlaşıb.

Daha iki güləşçimiz 57 kiloqram çəki dərəcəsində ilk "20-lik”də yer alıb. Ötən il Kaspiyskdə Avropa çempionu olan Georgi Edişeraşvili 18 xalla ilk "10-luğ” tamamlayır. Ondan 2 xal geri qalan sonuncu Avropa çempionatının bürünc medalçısı Mahir Əmiraslanov isə 15-ci yerə yüksəlib. Buxarestdən gümüş medalla qayıdan Ağahüseyn Mustafayev (70 kq) 18 xalla 11-ci pilləyə irəliləyib. Bundan başqa, 74 kiloqram çəki dərəcəsində çıxış edən iki güləşçimiz ilk "20-lik”dədir. Abubakr Abakarov ilə Hacımurad Hacıyev 16 xalla 13-14-cü yerləri bölüşür. Murad Süleymanov (86 kq) 16 xalla 16-cıdır. Millimizin daha iki üzvü 97 kiloqram çəki dərəcəsində ilk "20-lik”də yer alıb. Arslanbek Alborov 18 xalla 12-ci, ondan 2 xal geri qalan Nurməhəmməd Hacıyev isə 17-ci pillədə qərarlaşıblar.

Yunan-Roma güləşi üzrə reytinq siyahısında 6 güləşçimizin adı ilk "20-lik”dədir. Avropa üçüncüsü olan Eldəniz Əzizli (55 kq) 76 xalla vahid liderliyə yüksəlib. Buxarestdə bürünc medal qazanan Taleh Məmmədov (63 kq) 28 xalla ilk "beşliy”i tamamlayır. Zədə üzündən qitə birinciliyində iştirak etməyən Rəsul Çunayev (72 kq) 25 xalla səkkizincidir. Elvin Mürsəliyev (77 kq) 16 xalla 12-cidir. Avropa ikincisi olan İslam Abbasov (87 kq) 40 xalla dördüncü pilləyə yüksəlib. Orxan Nuriyev (97 kq) isə 16 xalla 16-cıdır.

Qadın güləşində isə yığmanın 7 üzvü ön sıralardadır. Komandanın lideri Mariya Stadnik (50 kq) 40 xalla üçüncü pillədə yer alıb. Anjela Doroqan (53 kq) 14 xalla 16-cı, Alyona Kolesnik (57 kq) 12 xalla 15-ci, Elmira Qəmbərova (59 kq) 16 xalla 12-ci, Tatyana Omelçenko (62 kq) 16 xalla 13-cü, Elis Manolova (65 kq) 20 xalla 9-cu pillədə qərarlaşıblar.

İrina Netrebanın adı isə həm 65, həm də 68 kiloqram çəki dərəcələrində ilk "20-lik”dədir. O, 65 kiloqram çəki dərəcəsində 25 xalla 6-cı, 68 kiloqram çəki dərəcəsində isə 14 xalla 18-ci sıradadır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM