Alternative content

09:57 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!
Buraxılış imtahanlarında iştirak edən 9-cu sinif şagirdlərinin nəzərinə!
ANA SƏHİFƏ / Təhsil
13:43 19.04.2019

IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı tədris dili, riyaziyyat və xarici dil fənlərindən olmaqla iki mərhələdə keçirilir. Birinci mərhələdə şagirdlərə 45, ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, buraxılış imtahanının nəticələri hər fənn üzrə 100 ballıq qiymət şkalası ilə qiymətləndirilir. İmtahanın birinci mərhələsində şagirdlər hər fənn üzrə maksimal olaraq 30, ikinci mərhələdə isə 70 bal toplaya bilərlər. Belə ki, şagirdlər attestatına 100 ballıq qiymət şkalası ilə yazılacaq balın 30 faizini imtahanın birinci mərhələsindən, 70 faizini isə imtahanın ikinci mərhələsindən toplaya bilərlər. Əgər şagird hər hansı buraxılış imtahanı fənni üzrə imtahanın birinci mərhələsindən 20, ikinci mərhələsindən isə 60 bal toplayıbsa, deməli, onun attestatına həmin fənn üzrə 80 bal yazılacaq.

Qayadalara əsasən, IX sinfi cari ildə bitirənlər üçün kolleclərə qəbul da buraxılış imtahanlarının nəticələrinə əsasən aparılır.

Qeyd edək ki, birinci mərhələdə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 30 baldır. Şagirdlər 3 fənn üzrə cəmi 90 bal toplaya bilərlər. İkinci mərhələdə isə şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 70 bal olmaqla, cəmi 210 baldır. Beləliklə, hər iki mərhələnin nəticəsinə görə şagirdlər maksimal olaraq 300 bal toplaya bilərlər. Misal üçün, hər hansı bir abituriyent imtahanın birinci mərhələsindən 60, ikinci mərhələsindən isə 140 bal toplayıbsa, ümumi balı 200 olacaq və bu balın əsasında kollecə qəbul olunmaq üçün musabiqədə iştirak edəcək.

Xatırladaq ki, kolleclərin müsabiqəsində ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul” alan abituriyentlər buraxılırlar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM