Alternative content

22:59 25 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:36 25.08.2019 Ən çox sevilən məkan
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənilər Metsamor AES-dəki radioaktiv tullantıları Rusiyaya Gürcüstan ərazisindən keçməklə daşımaq niyyətindədirlər
Ermənilər Metsamor AES-dəki radioaktiv tullantıları Rusiyaya Gürcüstan ərazisindən keçməklə daşımaq niyyətindədirlər
ANA SƏHİFƏ / DÜNYA
13:25 19.04.2019

Ermənistan Metsamor AES-dən istifadə zamanı çirklənmiş nüvə yanacağını Rusiyada təmizləmək niyyətindədir. Hazırda işlənmiş radioaktiv maddələrin Gürcüstan ərazisindən keçməklə Rusiyaya daşınması məsələsi müzakirə olunur.

AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın energetika nazirliyinin kredit və qrant proqramları idarəsinin rəisi Vardan Martirosyan Soçidə atom texnologiyalarına həsr olunmuş "Atomekspo” beynəlxalq forumundakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, radioaktiv maddələrin təmizlənməsini Rusiyanın "Mayak” İstehsalat Birliyi həyata keçirəcək.

V.Martirosyan deyib ki, bu cür təhlükəli tullantılar təyyarə ilə daşınmır. Ona görə də Gürcüstan ərazisindən keçməklə təhlükəsiz olaraq Rusiyaya daşınmalıdır. Gürcüstan dövləti yüklərin öz ərazisindən keçməklə təhlükəsiz daşınması barədə əsaslandırılmış məlumat və təminat verməlidir.

Gürcüstan hökuməti hələlik Martirosyanın açıqlamasına cavab verməyib.

Amma politoloqlar və müstəqil ekspertlər bunun mümkünsüz olduğunu iddia edirlər. Politoloq Quram Marxuliyanın sözlərinə görə, Gürcüstan belə təhlükəli yüklərin daşınmasına yol verə bilməz. Bu, Gürcüstan qanunları ilə də qadağandır.

"Ermənilər, sadəcə, bu cür sərsəm bəyanatlarla Gürcüstanı "yükləmək” və bu yolla radioaktiv tullantıların öz ərazisindən daşınmasına icazə verməyə məcbur etmək istəyir”, - deyə Marxuliya vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM