Alternative content

09:59 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
12:52 19.04.2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Emin Hüseynov ABŞ-Azərbaycan Ticarət Palatasının bəzi üzv şirkətləri və tərəfdaş təşkilatları ilə Palatanın Vaşinqton şəhərində yerləşən mənzil-qərargahında görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ABŞ-Azərbaycan Ticarət Palatasının üzv şirkətləri - John Deere, BP, CNFA, WCC International və tərəfdaş təşkilatları – İllinoys Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center), eləcə də Palatanın İdarə Heyətinin üzvləri və iqtisadi ekspertlər iştirak ediblər.

ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov tədbiri açaraq qonaqları salamlayıb və Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynova Palata üzvləri ilə görüşdüyünə görə təşəkkür edib.

Daha sonra söz alan ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının üzvü, əslən azərbaycanlı Dr. Şapur Ənsari əsas qonağı salamlayıb, ABŞ-Azərbaycan Ticarət Palatasının tarixindən məlumat verib, Palatanın Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərdə oynadığı roldan bəhs edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov çıxışında Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi və iqtisadi əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. O, ABŞ-a səfəri zamanı müxtəlif institutlarla keçirdiyi görüşlər barədə məlumat verib.

Emin Hüseynov çıxışında Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək ABŞ şirkətləri üçün də ölkəmizdə münbit mühitin olduğunu vurğulayıb. O, çıxışı zamanı aprelin 3-5-də Çikaqoda keçirilmiş birinci İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumunun Azərbaycanın ABŞ ştatları ilə iqtisadi münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyətinin olduğunu bildirib. Bu baxımdan E.Hüseynov İllinoys Ticarət Palatası və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə fəaliyyətini təqdir edib.

Azərbaycan rəsmisi iqtisadi və biznes əlaqələrinin inkişafında təhsilin xüsusi əhəmiyyətini vurğulayıb. Azərbaycanın biliyə və tədqiqatlara əsaslanan iqtisadiyyat qurduğunu bildirən natiq bu sahədə ölkəmizin ali təhsil müəssisələrinin xüsusi rol oynadığını qeyd edib. Bu xüsusda o, ADA Universitetində tədqiqatlar üçün yaradılmış şərait və bu tədqiqatların nəticələrinin real biznesə tətbiqi barədə məlumat verib və nümunələr göstərib.

Görüş sual-cavab sessiyası ilə davam edib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM