Alternative content

20:20 17 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
10:41 19.04.2019

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Bildirib ki, ikitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub.

İqtisadiyyat naziri deyib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb.

Görüşdə, həmçinin Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Ş.Mustafayev ötən il ticarət dövriyyəsinin 74 faiz artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.

Nazir qeyd edib ki, Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və tapşırıqlarının icrası nəticəsində nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb. Böyük tarixi və iqtisadi əhəmiyyət kəsb edən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Bu ilin martın 6-da İran Prezidenti Həsən Ruhaninin və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Qəzvin-Rəşt dəmir yolunun açılışı olub ki, bu da yalnız Şimal-Cənub deyil, eyni zamanda, Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır.

Görüşdə Ş.Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, ticarət, su təsərrüfatı, humanitar, turizm və sair sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. R.Rəhmani son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını, hər iki ölkənin prezidentlərinin İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı yüksək siyasi münasibətlərin iqtisadi tərəfdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını, iqtisadi-ticarət əməkdaşlığın dərinləşdiyini vurğulayıb.

İranlı nazir qeyd edib ki, ölkəsində sahibkarlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bu imkanlardan yararlana bilərlər.

Görüşdə sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq və sair sahələrdə əməkdaşlığın genişləndirilməsinə, birgə layihələrə dair müzakirələr aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM