Alternative content

03:44 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
UEFA Avropa Liqasının bütün yarımfinalçıları məlum olub
ANA SƏHİFƏ / İDMAN
10:35 19.04.2019

Aprelin 18-də UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin cavab görüşləri keçirilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin dörd qarşılaşması İngiltərə, İtaliya, Almaniya və İspaniyada oynanılıb.

Mərhələnin mərkəzi qarşılaşması və erkən final adlandırılan görüşü Neapolda reallaşıb. İngiltərənin "Arsenal” komandası səfərdə "Napoli”nin qonağı olub. Görüş ingilislərin qələbəsi ilə başa çatıb– 1:0. Oyunda yeganə qolun müəllifi 36-ci dəqiqədə Aleksander Lakazzet olub. Beləliklə, hər iki görüşdə qalib gələn "Arsenal” turnirin yarımfinalına vəsiqə qazanıb.

Xatırladaq ki, bu komandalar arasında İngiltərədə baş tutan görüş "Arsenal”ın qələbəsi ilə başa çatmışdı - 2:0.

"Arsenal” klubu bu turnirdə Azərbaycan təmsilçisi "Qarabağ”la birgə yer aldıqları E qrupunu lider kimi başa vurub. Neapollular isə Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi gəliblər. Bu komandalar əvvəllər yalnız 2013-2014-cü illər mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıblar.

İspaniya dueli adlandırılan görüş "Valensiya” və "Vilyarreal” komandaları arasında təşkil olunub. Onların birinci görüşü "Valensiya”nın 3:1 hesablı səfər qələbəsi ilə başa çatmışdı. Bu yarışda da üstün oyun nümayiş etdirən "Valensiya” Toni Lato (13) və Daniel Parexo (54) vurduğu qollarla rəqibə heç bir şans verməyib. Hər iki oyunun nəticəsinə əsasən, "Valensiya” növbəti mərhələyə vəsiqə qazanıb.

Bu komandalar 2003-2004-cü illər mövsümündə UEFA Kubokunun yarımfinalında üz-üzə gəliblər. Səfərdə qolsuz heç-heçə edən "Valensiya” evdə Mistanın penalti qolu ilə finala adlayıb. Daha sonra "yarasalar” Fransa "Olimpik”ini üstələyərək, turnirin qalibi olub.

Daha bir görüş Almaniyanın "Ayntraxt” və Portuqaliyanın "Benfika” arasında reallaşıb. İlk görüşdə "Ayntraxt” səfərdə 4:2 hesabı ilə məğlub olsa da, öz meydanında 2:0 hesabı ilə qalib gəlib. Ümumi hesab 4:4 olsada UEFA-nın reqlamentinə əsasən, Frankfurt təmsilçisi növbəti mərhələyə yüksəlib.

"Benfika” Avroliqaya Çempionlar Liqasından qrup üçüncüsü kimi qoşulub. Sonra "qartallar” onaltıdabir finalda "Qalatasaray” (Türkiyə), səkkizdəbir finalda isə "Dinamo”dan (Zaqreb, Xorvatiya) üstün olublar. "Ayntraxt” isə Avroliqanın qrup mərhələsindəki 6 oyunun hamısından qalib ayrılıb. Daha sonra Frankfurt komandası Ukraynanın "Şaxtyor” və İtaliyanın "İnter” komandalarını üstələyib.

Nəhayət, İngiltərənin daha bir təmsilçisi "Çelsi” öz meydanında Çexiyanın "Slaviya” komandasını qəbul edib. Məhsuldarlığı ilə seçilən görüşdə qapılara 7 qol vurulub. Səfərdə minimal hesabla (1:0) və öz meydanında təmsilçisi 4:3 hesabı ilə qələbə qazanan "Çelsi” yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Praqalılar ötən mərhələdə turnirin son qalibi İspaniya "Sevilya”sını mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıblar. "Slaviya” bu mövsüm öz meydanında yalnız "Çelsi”yə uduzub (1:0). "Çelsi” isə ümumiyyətlə turnirdə məğlubiyyət acısı yaşamayıb.

Beləliklə, "Arsenal”, "Çelsi”, "Ayntraxt” və "Valensiya” qitənin ən nüfuzlu klub turnirlərindən olan UEFA Avropa Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM