Alternative content

03:41 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sözünə sadiq PREZİDENT
Sözünə sadiq PREZİDENT
ANA SƏHİFƏ / SİYASƏT
00:58 19.04.2019


Ötən bir il ərzində dövlətin yürütdüyü siyasət mədəniyyət sahəsinin də inkişafına böyük dəstək olub


Ötən bir il mədəniyyət sahəsində də uğur və nailiyyətlərlə yadda qalıb. Bu gün Azərbaycanda keçirilən beynəlxalq musiqi, incəsənət festivalları dünyada geniş əks-səda doğurmaqdadır.

Hər il olduğu kimi, ötən ildə də mədəniyyətimizin təbliğinə xidmət edən tədbirlərin, genişmiqyaslı layihələrin yüksək səviyyədə hazırlanmasında və həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub. Fondun həyata keçirdiyi layihələr ölkəmizin ümumi mədəniyyət mənzərəsinin ən önəmli hissəsidir.

Prezident İlham Əliyev Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Mədəniyyət Nazirliyinə 1 milyon 200 min manat, o cümlədən Azərbaycan Dövlət "Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100 min manat ayrılmasını nəzərdə tutan "Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında” 17 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə, günün tələblərinə uyğun repertuarın formalaşması istiqamətində məqsədyönlü layihələr tərtib edilib.

Azərbaycan teatrlarının inkişafı ilbəil genişlənən beynəlxalq təcrübə mübadiləsində də özünü göstərir və müsbət nəticələr verir. Teatrların yeni tamaşaları, qastrol səfərləri, sözsüz ki, özünün qaynar həyatına rəng qatır. Bu sahənin inkişafı istiqamətində mühüm addım olan "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasının uğurla həyata keçirilməsi zəngin ənənələrə malik səhnə sənətimizin yeni mərhələyə qədəm qoymasına zəmin yaradıb. Bu gün Azərbaycan teatrının sorağı dünyanın müxtəlif səhnələrindən gəlir, ölkəmiz bu sahədə diqqətəlayiq beynəlxalq təşəbbüslərin müəllifi, mötəbər tədbirlərin evsahibi olur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında V.Şekspirin "On ikinci gecə və yaxud hər nə istəsəniz”, A.Tolstoyun "Buratino”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında A.S.Ekzüperinin "Balaca Şahzadə”, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Elçinin "Şeytan əməlləri”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında E.Şmittin "Tanrıya on dörd məktub”, Azərbaycan Dövlət Pantomima Teatrında B.Xanızadənin "Xocalı-bu olub” tamaşalarının premyeraları keçirilib.

Ayrı-ayrılıqda götürsək, ölkəmizin mədəniyyət sahəsi rəngarəng tədbirlərlə yadda qalıb. Azərbaycan son dövrlər beynəlxalq əhəmiyyətli festivallara uğurla evsahibliyi etməklə musiqi dünyasının diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Qəbələ, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov beynəlxalq musiqi və muğam festivalları, eləcə də digər tədbirlər ölkəmizin mədəni həyatında mühüm hadisəyə çevrilib. Musiqimizin dünya miqyasında, möhtəşəm salonlarda səslənməsi qürur duyulacaq faktlardandır.

2019-cu il 5-9 fevral tarixində Misir Ərəb Respublikasının paytaxtı Qahirədə keçirilən İslam Ölkələrinin Beynəlxalq Mədəniyyət festivalında ölkəmiz də təmsil olunub. 2019-cu il fevralın 16-da Moskva Dövlət Konservatoriyasında tanınmış pianoçu, əməkdar artist, Türkiyədə yaşayan həmyerlimiz, professor Gülşən Ənnağıyevanın, martın 16-da isə N.Mayakovski adına Ağ zalda gənc skripka ifaçısı, Xorvatiya Simfonik Orkestrinin konsertmeysteri Osman Eyublunun iştirakı ilə konsertlər təşkil olunub.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanı da xalqımızın qədim tarixə malik mədəniyyətinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində mühüm dövlət sənədi kimi Mədəniyyət Nazirliyinin fəaliyyət planına çevrilib.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu il martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı qaldırılan sosial məsələlərin öz həllini tapması bu sahəyə dövlət qayğısı kimi qiymətləndirilir.

Dövlət başçısının verdiyi göstərişlər və imzaladığı sərəncamlar qaldırılan məsələlərin operativ həllini təmin etməklə mədəniyyət ictimaiyyətində, ümumiyyətlə, cəmiyyətimizdə böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin beynəlxalq aləmdə geniş qeyd olunması məqsədilə 18 dekabr 2018-ci ildə Türkiyənin Kastamonu şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 36-cı toplantısında 2019-cu ilin təşkilata üzv ölkələrdə "Nəsimi ili” elan olunması barədə qərar qəbul edilib. 2019-cu il martın 6-da Türkiyənin paytaxtı Ankarada - TÜRKSOY-un baş qərargahında "Nəsimi ili”nin rəsmi açılış mərasimi olub.

2019-cu ilin mayın 2-3-də Azərbaycan Respublikası Prezidentinin "Bakı prosesi” təşəbbüsü çərçivəsində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyul tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi nəzərdə tutulub.

Dövlət başçısının 2019-cu ilin "Nəsimi ili” elan olunması, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650, Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120, Tofiq Tağızadənin, İsmayıl Şıxlının, Hacıbaba Hüseynovun 100 illik yubileylərinin qeyd edilməsi haqqında imzalanan sərəncamlara əsasən anım mərasimləri, ədəbi-bədii gecələr təşkil edilir.

"Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” dövlət başçısının imzaladığı 1 mart 2019-cu il tarixli sərəncamda Mədəniyyət Nazirliyinə "Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın hazırlanması tapşırılıb. Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanına əsasən, dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq onların fəaliyyətinin optimallaşdırılması ilə bağlı respublikada fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri və muzeylərin siyahısı və statistik göstəricilər toplanılıb, məlumat kataloqu və "museum.az” internet bələdçisinin layihə-dizaynı hazırlanıb.

Bütün bunlarla yanaşı, onu da qeyd edək ki, adıçəkilən fərmana uyğun olaraq, respublikanın bütün ərazisini əhatə edəcək yeni kitabxana-informasiya sistemi də yaradılmaqdadır.

Mədəniyyət siyasətini günümüzün ən güclü vasitəsi adlandıranlar səhv etməyiblər. Silahların darmadağın etdiyi dünyanı mədəniyyət bərpa edib. Buna görə də xalqlar və dövlətlər arasında mədəni əlaqələrin yaradılması və inkişaf etdirilməsi olduqca vacib faktora çevrilib. Tariximizin qədim izlərini özündə qoruyub saxlayan da məhz mədəniyyət abidələri olub.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM