Alternative content

03:44 22 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İnkişaf sürətlənəcək, islahatlar daha geniş miqyas alacaq
İnkişaf sürətlənəcək, islahatlar daha geniş miqyas alacaq
ANA SƏHİFƏ / SİYASƏT
00:56 19.04.2019


İlham Əliyev prezidentliyinin bir ilini xalqla görüşdə qeyd etdi və yeni hədəfləri açıqladı


İlham Əliyevin növbəti prezidentlik müddətinin ilk ildönümünü xalqın əhatəsində, özü də qədim neftçıxartma məkanı kimi tanınan yaşayış məntəqəsində qeyd etməsində şübhəsiz, əlamətdar rəmzlik də var.

Əvvəla, dövlət başçısı liderlik missiyasının yeni mərhələsinin ilkin hesabatını yenə də öz vətəndaşlarına verirdi. Digər tərəfdən, Qaraçuxurda abadlaşdırılıb yenidən qurulan Neftçilər parkı ölkəmizdə yeni sima alan yüzlərlə istirahət məkanlarından olsa da, burada da son bir ilin fəaliyyət fəlsəfəsinin məntiqi davamı aşkar görünürdü: Azərbaycan müasir inkişafının rəhni olan neft strategiyası sayəsində bu gün "qara qızıl”ı insan kapitalına çevirə bilib və qeyri-neft sektorunun bütün istiqamətləri üzrə sürətli yüksəlişə nail olub.


Sosial artım 40 faizdən 3 dəfəyədəkdir


Tarixin ən qüdrətli Azərbaycanının yeni uğur salnaməsinə son bir il həqiqətən də möhtəşəm nailiyyətlər, mühüm göstəricilərlə həkk olunub. Dünən Prezidentin öz xalqı - bir il öncə 86 faizlik etimadla ona yenidən liderlik mandatı verən seçiciləri ilə ünsiyyəti də əslində elə hesabat xarakterli idi.

Hesabatlılıq İlham Əliyevin idarəçilik üslubunun əsas elementlərindəndir və şəffaflıq, məsuliyyət kimi öhdəliklərlə birgə Prezident fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Son 16 ildə, xüsusən isə ötən bir il ərzində xalqla intensiv keçirilən hər bir görüşdə Prezident ölkədə görülən işlər, islahatlar barədə məlumat verir, vətəndaş rəyini öyrənir, yeni hədəflər barədə söhbət açır.

Dünənki görüşün məzmunu da bu yöndə idi. İlham Əliyev yeni keyfiyyət mərhələsinə qədəm qoyan, ən əsası isə artıq daha da geniş miqyas alan islahatların mahiyyəti barədə əhalini məlumatlandırdı. Prezident bir daha vurğuladı ki, Azərbaycanın iqtisadi vəziyyəti, maliyyə durumu yaxşıdır və büdcənin əsas sosial xərclərindən başqa, ora daxil olan əlavə vəsaitlər də yenidən məhz sosial sahəyə yönəldilir.

Elə sadəcə son iki ayda İlham Əliyevin yeni sosial islahatlar paketinin məğzini aydınlaşdırsaq, analoqsuz qayğı və himayədarlığın şahidi oluruq. Mübaliğədən uzaq olaraq etiraf etməliyik ki, "İnkişafın Azərbaycan modeli”nin, "Qlobal böhranda milli inkişaf strategiyası”nın banisi - İlham Əliyev həm də dünyada təkrarı, müqayisəsi az tapılan sosial dəstək konsepsiyasının da müəllifidir.

Geniş təfərrüata varmadan bir neçə məqamı qeyd edək. Cəmiyyətin bütün təbəqələrini əhatə edən 3 milyon 500 minədək insan İlham Əliyevin təşəbbüsü ilə həm 40 faizdən 3 dəfəyədək artımla müşayiət olunan sosial dəstəyi görəcək, həm də problemli kredit, mənzilin qeydiyyatı kimi narahatedici qayğılardan da azad olacaq. Bura ekstremal situasiyalarda - məsələn, zəlzələdə evlərini itirən yüzlərlə ailəyə İlham Əliyev tərəfindən təmənnasız verilən və veriləcək yeni mənzillləri də əlavə etsək, əslində Prezidentin yeni sosial islahatlar paketini yenə də tam əks etdirə bilmirik.


Sabitlik, inkişaf və islahat…


Dünənki görüşdə ən diqqətçəkən məqamlardan biri xalqın aparılan islahatlara dəstəyini ifadə etməsi və Prezident fəaliyyətini dürüst dəyərləndirməsi idi. Görünən odur ki, xalq sosial rifahını yüksəldən tədbirləri obyektiv təhlil etməklə yanaşı, prosesə yalnız şəxsi güzəran kontekstindən yanaşmır. Onlar prezidentin davamlı qayğısına nə qədər böyük minnətdarlıq duysalar da, sabitliyə daha böyük önəm verir, ölkənin ictimai, siyasi, hüquqi mənzərəsini tam dərk edir, düzgün nəticələr çıxarırlar.

Vətəndaşların ölkədə tam bərqərar olan ictimai təhlükəsizlik, əmin-amanlıq barədə dünən söylədikləri bir daha təsdiqləyir ki, əhali hadisələrə məntiqlə yanaşır, sabitliyi inkişafın əsas barometri kimi tanıyır. Yəni İlham Əliyevin liderliyininin əsas məziyyətlərini sabitlik, inkişaf və islahat prinsipləri miqyasında qəbul edir. Xalq-iqtidar birliyi isə mövcud kursun davamlılığını təmin edən əsas faktordur.

Dünən xalqın dilindən səslənən alqışlar və dualar Prezidentə olan ümummilli etimadın ən səmimi göstəricisi idi. Bu inamı həm xarici sorğu mərkəzlərinin monitorinqləri, həm də elə seçkilərin nəticələri təsdiqləyir.

İlham Əliyevin "mən sizə güvənirəm, arxalanıram və daim sizinləyəm” fikri isə dünənki görüşün, ümumilikdə isə ötən bir ilin iqtisadi, sosial, siyasi mənzərəsinin sadə icmalı, müfəssəl şərhi, məntiqli qiyməti idi…

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM