Alternative content

09:50 23 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:51 23.08.2019 Aqrar sığorta haqqında
00:31 23.08.2019 Manata etibar artır
00:29 23.08.2019 Ümidlər ölmür...
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 1001-ci...
1001-ci...
ANA SƏHİFƏ / İDMAN
00:55 19.04.2019


"Formula-1”in Azərbaycan nümunəsi yaranır


Bir neçə gündən sonra "Formula-1” dünyasının nəbzi Bakı ilə döyünəcək.

Aprelin 26-28-də dünyanın bir nömrəli avtomobil yarışının bu mövsüm 4-cü mərhələsi paytaxtımızda keçiriləcək. Bu, eyni zamanda "Formula-1” tarixinin sayca 1001-ci Qran-prisi olacaq.

Bu günlərdə isə "Formula-1” tarixinin 1000-ci Qran-prisi Çinin Şanxay şəhərində keçirildi. Maraqlı mübarizə şəraitində keçən yürüşdə "Mercedes” komandasının üzvü Luis Hamilton yubiley yarışını qalib olaraq başa vurub. İndi isə diqqətlər artıq Bakıya yönəlib.


İlk çempion italiyalı pilot olub


"Formula-1” dairəvi avtoyürüşləri üzrə dünya çempionatının təşkilatçısı Beynəlxalq Avtomobil Federasiyasının (FIA Sport) idman bölməsidir. Bütün ölkələrdə avtomobil idmanını FIA idarə edir, "Formula-1” də birbaşa ona tabedir. 1904-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış və tədbirlərə cavabdehdir.

"Formula-1” yarışlarının yaranma tarixi XX əsrin 20-30-cu illərini əhatə edir. Həmin dövrdə təşkil olunan Avropa Qran-pri turnirləri qısa müddət ərzində böyük marağa səbəb oldu. Lakin 2-ci dünya müharibəsinin başlaması ilə bu yarışlara da fasilə verildi. Yalnız müharibədən sonra yenidən aktiv fəaliyyətə başlayan FIA, formula yarışlarına da yeni qaydalarla start verdi.

Bu növ üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olundu.

Britaniya kral ailəsinin də maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə apardı. Həm təsnifat, həm də əsas mərhələdə finiş xəttinə birinci gələn "Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina "F1” yarışının ilk qalibi kimi tarixə düşdü.

Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio oldu. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxdı. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı və 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman vermədi.

Hər il "Formula-1” üzrə dünya çempionatı çərçivəsində Qran-pri adlanan bir neçə mərhələ yarışı keçirilir. Bu mərhələlər müxtəlif ölkələrdə, o cümlədən Avstraliya, Monako, Bəhreyn, İspaniya və bir çox başqa ölkələrdə təşkil edilir.

Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız Yay Olimpiya Oyunları və futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1” Qran-priləri bir zamanlar ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir.

"Formula-1”də qələbə uğrunda komandalar və heyətində pilotlar mübarizə aparır. Hər komandada iki pilot və buna müvafiq olaraq iki bolid olmalıdır. Mövsüm boyu keçirilən "Formula-1” Qran-pri yarışlarında ən çox xal toplayan pilot dünya çempionu olur.

İndiyə kimi 7 dəfə dünya çempionu olan almaniyalı Mixael Şumaxer ən yaxşı göstəriciyə malikdir. "Formula-1” üzrə dünya çempionatı cari mövsümdə 21 yarışdan ibarət olacaq. Yarış martın 15-də Avstraliyada başlayıb, noyabrın 29-da Əbu-Dabidə başa çatacaq.


İştirak üçün super lisenziya vacibdir


Öz nüfuzuna görə dünyanın ən baxımlı idman növlərindən, maraqlı mübarizələrdən sayılan "F1” yarışlarına qatılmaq isə heç də asan başa gəlmir. Sürücülər Qran-pri turnirində çıxış etmək üçün super lisenziya almalıdırlar ki, bu da hər pilota verilmir. Yalnız digər önəmli yarışlarda uğur qazanan və öz komandası ilə normal münasibət saxlayan, FIA qaydalarına əməl edən sürücülər Qran-pri turnirinə qatıla bilərlər.

1950-ci ildə keçirilən "F1” üzrə ilk dünya çempionatında azarkeşlər 2-ci Dünya müharibəsindən əvvəl istehsal olunan avtomobillərin yarışını izlədilər. Bu bolidlərin mühərriki öndə, təkərləri isə enzis və dişli idi. Avtomobillər 1,5 litrlik kompressor və ya 4,5 litrlik normal aspirat mühərriklə işləyirdi. Hər il istər yarış qaydaları, istərsə də avtomobillərin texniki göstəriciləri və dizaynında müxtəlif dəyişikliklər edilib. Mühərrikin həcmi, avtomobilin sürəti və təkərlər müasir dövrün tələblərinə uyğun dəfələrlə yenilənib.

Komandalar və konstruktorların yenilik, sürət və qələbə uğrunda mübarizəsini FIA tənzimləyir. Beynəlxalq Avtomobil Federasiyası yarış qaydalarında müəyyən dəyişikliklər etməklə turnirin daha şəffaf və sağlam keçirilməsini, həmçinin pilotların təhlükəsizliyini təmin edir.


1000-ci Qran-prinin qalibi "Mercedes” oldu


Xatırladaq ki, aprelin 14-də Çinin Şanxay şəhərində keçirilən "Formula-1” tarixinin 1000-ci Qran-Prisi "Mersedes” komandasının böyük qələbəsi ilə başa çatıb. Komandanın pilotları - britaniyalı Luis Hamilton və finlandiyalı Valtteri Bottaş finiş xəttinə müvafiq olaraq birinci və ikinci çatıblar. Üçüncü yeri isə "Ferrari”nin almaniyalı pilotu Sebastian Fettel tutub.

Cari mövsümün üçüncü Qran-prisində Luis Hamilton 56 dövrəni 1 saat 32 dəqiqə 6,350 saniyəyə qət edib. Onun komanda yoldaşı Valtteri Bottaş finiş xəttinə liderdən 6,552 saniyə gec çatıb. Sebastian Fettel isə liderə 13,744 saniyə fərqlə uduzub. "Toro Rosso”nun pilotu Daniel Kviat və "Reno”nun sürücüsü Niko Hülkenberq mübarizəni başa çatdıra bilməyiblər.

Cari mövsümün ilk iki Qran-prisi də "Mersedes” komandasının qələbəsi ilə başa çatıb. Belə ki, martın 17-də Avstraliya Qran-prisində Valtteri Bottaş, martın 31-də Bəhreyn yarışında isə Luis Hamilton qalib gəliblər.

Beləliklə, üç Qran-pridən sonra pilotların yarışına 44 xalla Valtteri Bottaş liderlik edir. Luis Hamilton ondan 1 xal geri qalır. "Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappen 27 xalla üçüncü, "Ferrari”nin Monakodan olan sürücüsü Şarl Lekler isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Konstruktorların yarışında isə "Mersedes” komandası 130 xalla birinci sıradadır. İkinci yerdə qərarlaşan "Ferrari” komandasının 73, üçüncü pillədəki "Red Bull Racing Honda”nın 52 xalı var.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM